Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6606

Digər sorğular

Azərbaycan “Doing Business” reytinqində 17 pillə irəliləyib

00:00  |    29 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Dünya bankı və Beynəlxalq maliyyə korporasiyasının hazırladığı “Doing Business -2016: Tənzimləyici sahədə Keyfiyyət və Səmərəliliyin Qiymətləndirilməsi Hesabatı”nda Azərbaycanın mövqeyi yüksək qalmaqda davam edir.

Lent.az-ın məlumatına görə, “Doing Business -2016” hesabatına görə, sahibkarlıq fəaliyyətinin aparılmasının ümumi reytinqində ölkəmiz bu il 100 mümkün xaldan 67,8 xal toplayarq 63-ci yeri tutur. Xatırladaq ki, 2015-ci ilin reytinqində 80-ci, 2014-ci ildə - 70 –ci yer tutan Azərbaycan “Doing Business” reytinqində öz mövqeyini 17 pillə yaxşılaşdırıb.

“Doing Business -2016” Azərbaycanın mövqeyi belədir:
· Müəssisələrin yaradılması – 7-ci yer
· Tikinti üçün icazələrin alınması - 114 –cü yer(65,79 bal)
· Enerji təchizatı sisteminə qoşulma – 110 –cu yer (63,01 bal)
· Mülkiyyətin qeydiyyatı – 22-ci yer (82,55 bal)
· Kreditlərin alınması – 109-cu yer (40 bal)
· Minoritar investorların hüquqlarının qorunması – 36-cı yer (63,33 bal).
· Vergiqoyma – 34-cü yer (83,77 bal)
· Müqavilələrin yerinə yetirilməsinin təminatı - 40-ci yer (67,51 bal ilə).
· Beynəlxalq ticarət – 94 -cü yer (69,59 bal)

Azərbaycan tikintiyə icazələrin verilməsi prosesinin sadələşdirilməsi üçün ən əhəmiyyətli irəliləyişlər əldə edən ölkələrlər arasındadır.

Azərbaycan "Doing Business -2016" hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. Azərbaycan Hesabatda "Biznesə başlama" göstəricisi üzrə biznesin qeydiyyatını sadələşdirməklə dünyanın ilk onluğuna daxil olub və Almaniya, İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi qeyd olunub.

Ötənilki hesabatla müqayisədə "Doing Business 2016" hesabatına "Tikinti üçün icazələrin alınması", "Elektrik təchizatı şəbəkələrinə qoşulma", "Müqavilələrin icrası", "Əmlakın qeydiyyatı" göstəriciləri üzrə biznes mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilib. "Doing Business" hesabatının mühüm elementi olan "Etalon Qanunvericiliyə Yaxınlıq" (DTF) indeksi üzrə ölkəmiz 67.8 balla qiymətləndirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2019
Seyfulla Mustafayev: "102.1 Çingiz Mustafayevin adını daşıyan radionu bloklayacaq"
14.12.2019
Parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
14.12.2019
Bazar gününə olan hava proqnozu
14.12.2019
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib
14.12.2019
Keçmiş spikerin oğlu da parlament seçkilərinə qatılır