Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Türk dünyasının alimləri UNEC-də

23:33  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


İqtisad Universitetində (UNEC) XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresi öz işinə başlayıb.


UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetin rektoru Ədalət Muradov son dövrlərdə respublikamızın liberal bazar iqtisadiyyatının inkişafı fonunda çox ciddi tədbirlər həyata keçirildiyini, Prezident İlham Əliyevin qara qızılın insan kapitalına çevrilməsini öz siyasətinin ən vacib hissəsi saydığını və bununla bağlı təhsil ictimaiyyəti qarşısında çox ciddi tələblər irəli sürdüyünü bildirib. UNEC bu tələblərin icra edilməsi baxımından öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmək üçün əlindən gələni etməyə hazırdır.
Tədbirdə rektor türk dünyası alimlərinin bir araya gələrək elmi problemlər üzərində fikir mübadiləsi etməsinin mühüm əhəmiyyətini vurğulayıb.
Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev təhsil naziri Mikayıl Cabbarovun konqres iştirakçılarına ünvanladığı müraciətini səsləndirib. Müraciətdə bildirilib ki, müasir dünyada siyasi, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyi, təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolu surətlə artmaqdadır. Qlobal problemlərin xarakterinin dəyişməsi onların həllində kollektiv intellektə və ortaq səylərə əsaslanmağı gündəmə gətirib. Hazırda dünyada müxtəlif region dövlətlərinin qarşısında duran çağırışlar, sülhün və sabitliyin bərqərar olunması ciddi ekspert təhlilləri və inkişaf yollarının axtarışını tələb edir. Bu baxımdan Beynəlxalq Türk Dünyası ictimai Elmlər Konqresinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın on minə yaxın tələbəsinin Türkiyədə ali təhsil aldığını çıxışında qeyd edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun Azərbaycanın yaxın zamanlarda Türkiyəyə ən çox investesiya yatıran ölkə olmağa namizəd olduğunu bildirib. Onun verdiyi məlumata görə, Türkiyənin 2600-ə qədər şirkəti Azərbaycanda, minə yaxın Azərbaycan şirkəti isə Türkiyədə fəaliyyət göstərir.
Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti Közhan Yazgan Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Təhsil üzrə ekspert, professor, əməkdar elm xadimi Şahlar Əsgərov “İnkişafın zəruri və kafi şərti: İnkişaf etməkdə olan ölkələr” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə qeyd edilib ki, XIII Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresində dünyanın 12 ölkəsindən 250-ə yaxın elm adamı, həmçinin 10-a yaxın xarici universitet rektoru iştirak edir. İctimai elmlər sahəsində özünəməxsus yeri olan ənənəvi tədbirdə 236 elmi işin məruzəsi və müzakirəsi baş tutacaq.
Konqres Azərbaycan Dövlət İqtisad Universiteti, Türk dövlətlərinin tanınmış ali məktəbləri olan İstanbul Universiteti (Türkiyə), Qazi Universiteti (Türkiyə), Sakarya Universiteti (Türkiyə), Uludağ Universiteti (Türkiyə), Cəlal Bayar Universiteti (Türkiyə), Bülent Ecevit Universiteti (Türkiyə), Giresun Universiteti (Türkiyə), Nevşehir Hacı Bektaş Veli Universiteti (Türkiyə), Qızıl Orda Korkut Ata Dövlət Universiteti (Qazaxıstan), Miras Universiteti (Qazaxıstan), İqtisadiyyat və Biznes Universiteti (Qırğızıstan), Beynəlxalq Vizyon Universiteti (Makedoniya) və Tbilisi Dövlət Universitetinin (Gürcüstan) təşkilatçılığı ilə keçirilir.
XIII Türk Dünyası İctimai Elmlər Konqresi oktyabrın 30-da başa çatacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2019
İşdən çıxarılan məktəb direktoru "general"a 10 min manat rüşvət verib - TƏFƏRRÜAT
22.09.2019
Sabah hava necə olacaq?
22.09.2019
Azərbaycan ordusunun naməlum şəraitdə həlak olan hərbi qulluqçusu dəfn edilib - FOTOSESSİYA
22.09.2019
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı - Video
22.09.2019
Naməlum şəraitdə həlak olan hərbçimizin FOTOSU