Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşları Polşaya səfər ediblər

23:15  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Şura Katibliyinin əməkdaşları Polşaya səfərə gediblər.

Şuradan Lent.az-a verilən məlumatına görə, beynəlxalq əlaqələr departamentinin məsləhətçiləri İlqar Dadaşov, Həsən Abdullayev, habelə departamentin eksperti Toğrul Məmmədli Şuranın dəstəyi ilə “Parnas” təşkilatı tərəfindən icra olunan “Azərbaycan – Şərqin Avropa cazibəsi” layihəsi çərçivəsində bir sıra görüşlərdə iştirak ediblər.

Polşanın aparıcı QHT-lərindən olan Şərq Araşdırmaları üzrə İnstitutun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üzrə koordinatoru Mikolaş Tauber təmsil etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib. M. Tauber Şərq Araşdırmaları üzrə İnstitutun Avropada ən böyük iqtisadi forumlardan birinin təşkilatçısı olduğunu deyib. Müxtəlif ölkələrdən 1000-ə yaxın şəxsin qatıldığı bu nüfuzlu toplantıda Polşa prezidenti, Avropa Komissiyasının rəhbəri və digər yüksək vəzifəli şəxslər məruzələrlə çıxış edib. Forumun əsas istiqaməti iqtisadi imkanların müzakirəsi olsa da, tədbir çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri də baş tutub. Tauber görüşdə Azərbaycan-Polşa, Azərbaycan-Avropa Birliyi forumlarının təşkili ilə bağlı təkliflərini səsləndirib.

Nümayəndə heyətinin üzvləri Azərbaycanın Polşadakı səfirliyində ölkəmizin fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovla da görüşüblər. Səfir Həsən Həsənov Şuranın fəaliyyətini yüksək qiymətləndirərək Polşa QHT-ləri ilə əməkdaşlığa dair fikir və təkliflərini səsləndirib.
Şura Katibliyinin əməkdaşları həmçinin Polşada təhsil sahəsində fəaliyyət göstərən fəal QHT-lərdən olan Təhsil Sisteminin İnkişafı Fondu, eləcə də Avropa, Şimal, Şərq Beynəlxalq Assosiasiyasının rəhbərləri ilə də görüş keçirib. QHT rəhbərləri Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının inkişafı sahəsində dövlətin həyata keçirdiyi işləri yüksək qiymətləndirdiklərini və onlarla sıx əlaqələrin qurulmasında maraqlı olduqlarını vurğulayıblar.

Nümayəndə heyəti adından görüşlərdə çıxış edən İlqar Dadaşov Şuranın fəaliyyət istiqamətləri, Azərbaycan vətəndaş cəmiyyəti institutlarının inkişafındakı rolu və xarici QHT-lər üçün qrant proqramı barədə ətraflı məlumat verib.

Qeyd edək ki, oktyabrın 29-da Varşava Universitetində Şuranın dəstəyi ilə həyata keçirilən layihənin yekunlarına dair konfrans təşkil olunacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
14.09.2019
İsmayıllıda yeni uşaq bağçası istifadəyə verilib