Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6712

Digər sorğular

Rusiyalı jurnalistlərlə görüş keçirilib

21:45  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Mətbuat Şurasında rusiyalı jurnalistlərlə görüş keçirilib.

Şuradan Lent.az-a verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu qonaqları salamlayaraq onlara Şuranın strukturu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

U.Rəhimoğlu bildirib ki, 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılan Mətbuat Şurasının əsas missiyası media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Bu xüsusda müxtəlif vəzifəli, peşəli insanların, dövlət qurumlarının və ictimai təşkilatların təmsilçilərinin media ilə əlaqədar müraciətləri araşdırılır.

Hər il yüzlərlə şikayət həllini tapır ki, nəticədə jurnalistlərin məhkəmə prosesləri ilə üzləşmələri halları minimuma enir.

Sədr müavini Mətbuat Şurasının geniş beynəlxalq əlaqələrindən, bir sıra mötəbər tədbirlərə ev sahibliyindən söhbət açarkən qurumun postsovet məkanında model kimi qəbuluna da diqqəti çəkib. O, Şuranın tədbirlər planında seçkilərin işıqlandırılmasında KİV-lərinin fəal iştirakı məsələlərinə də önəm verildiyini vurğulayıb. Bu mövzudakı toplantıların fəal diskussiyalar şəraitində, əməli təkliflərin irəli sürülməsi ilə yadda qaldığını deyib.

Sonra qonaqların medianın parlament seçkilərini işıqlandırmasına yaradılan şəraitlə bağlı sualları cavablandırılıb. Görüşdə həmçinin KİV-lərimizin maddi-texniki bazasının inkişafı, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması, Mətbuat Şurasının fəaliyyətinin spesifik tərəfləri ətrafında da müzakirələr gedib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.02.2020
Bu gün ən güclü külək Bakıda yox, bu 2 şəhərdə əsib
25.02.2020
Mehriban Əliyeva daha bir məşhur simanın müalicə xərclərini üzərinə götürdü
25.02.2020
Cəlilabadda 23 nəfər xəstəxanaya yerləşdirildi - Koronavirusa görə...
25.02.2020
Azərbaycanda koronavirusla bağlı şayiə yayanlar tutuldu - VİDEO
25.02.2020
Bakıda öldürülən polisin FOTOLARI