Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Zərgərlik məmulatlarını gizlədərək gömrükdən keçirməyə cəhd etməyin

21:30  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Moskva-Bakı aviareysi ilə Azərbaycana gələn Rusiya Federasiyasının vətəndaşı Mübariz Nağıyev gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun əl çantası rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda zərgərlik məmulatlarına bənzər əşyaların təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən Trend-ə daxil olan məlumata görə, təkrar yoxlama zamanı həmin çantanın içərisindən M.Nağıyevin gömrük nəzarətinə təqdim etmədiyi, bəzilərinin üzərində qaşlar olan 7 cüt sırğa, 6 ədəd üzük, 9 ədəd boyunbağı, 2 ədəd qolbaq və 4 ədəd kulon aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar ümumi çəkisi 167,60 qram olan və 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır.

Bundan başqa, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Kamilə Abdurəhimovaya məxsus əl çantası da rentgen aparatı vasitəsilə yoxlanılarkən monitorda zərgərlik məmulatlarına bənzər əşyaların təsvirləri qeydə alınıb.

Təkrar yoxlama zamanı həmin çantanın içərisindən K.Abdurəhimovanın gömrük nəzarətinə təqdim etmədiyi, bəzilərinin üzərində qaşlar olan 12 ədəd boyunbağı, 4 ədəd qolbaq, 10 ədəd kulon və 2 ədəd üzük aşkar edilib.

Daha sonra K.Abdurəhimovanın üzərində keçirilən şəxsi yoxlama zamanı ondan gömrük nəzarətinə təqdim etmədiyi, bəzilərinin üzərində qaşlar olan 10 cüt və 1 ədəd sırğa, 1 ədəd sırğa və üzük dəsti, 1 ədəd sırğa və kulon dəsti aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar ümumi çəkisi 215,97 qram olan və 750 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır.

Hər iki faktla bağlı təhqiqat aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”
16.09.2019
Mehriban Əliyevadan qaziyə dəstək
16.09.2019
Sabahın HAVA PROQNOZU