Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6472

Digər sorğular

Azərbaycan pakistanlı əlil uşaqlara yardım etdi

21:15  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən, əlil uşaqların təhsil aldığı İslamabad Əl-Farabi Mərkəzində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi, Azərbaycanın Pakistandakı Səfirliyi və Azərbaycan-Pakistan Gənclər Forumunun təşkilatçılığı ilə mərasim keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə Pakistanın Paytaxt İdarəçiliyi və İnkişafı üzrə Naziri, Pakistan Milli Məclisinin üzvü Usman İbrahim, Pakistan senatının Xarici Əlaqələr Komitəsinin sədri xanım Nuzhat Sadiq, senatorlar Nacma Həmid, Fərəh Aqil, Pakistanın Sosial Rifah və Xüsusi təhsil nazirliyinin Xüsusi təhsil idarəsinin rəisi xanım Naimə Büşra, Əl-Farabi Mərkəzinin direktoru Şabbir Navaz, Pakistanda akkreditə olunan xarici ölkə diplomatları, Azərbaycan-Pakistan Gənclər Forumun Prezidenti Məhəmməd Asif Nur, media mənsubları və əlil uşaqlar iştirak ediblər.
Mərasimdə Ali qonaq qismində çıxış edən Paytaxt İdarəçiliyi və İnkişaf üzrə Nazir Usman İbrahim Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətt üzrə inkişafından, hər iki dövlət və xalq arasında bərqərar edilmiş səmimi münasibətlərdən söz açmış, bunun təzahürü olaraq Azərbaycan hökumətinin Pakistanın əlil uşaqlarına təmənnasız yardım göstərdiyini vurğulamış, təşəkkürlərini ifadə edib. Nazir çıxışında həm dövlət səviyyəsində reallaşan, həm də Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyriyyəçilik layihələrinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını, xalqlarımız arasında qarşılıqlı sevgi yaratdığını diqqətə çatdırıb.
Xüsusi təhsil idarəsinin rəisi xanım Naimə Büşra nitqində əlil uşaqların xüsusi təlim və qayğıya ehtiyacı olduğunu, bu yolda fəaliyyət göstərən insanların yüksək mənəviyyat və ali mədəniyyətə yiyələndiklərini qeyd etmiş, nəcib xeyirxahlığa görə Azərbaycan xalqına, dövlətinə, Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin dərin minnətdarlığını bildirib.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov çıxışında Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin təhsil və səhiyyənin inkişafı, yoxsulluqla mübarizə, humanitar yardım sahələrində dövlətlər tərəfindən irəli sürülən layihələrə dəstək verdiyini, bu istiqamətdə Pakistanla bir sıra proyektlər üzrə əməkdaşlıq etdiyini nəzərə çatdırıbr. Səfir eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda mühüm xeyriyyəçilik işləri görüldüyünü, birinci xanımın Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif olunmasının Pakistanın bu fəaliyyətləri yüksək qiymətləndirdiyini, xalqımıza qarşı hörmət mahiyyəti daşıdığını deyib.
Daha sonra səfir Daşqın Şikarov Azərbaycan Respublikası Beynəlxalq İnkişafa yardım Agentliyinin adından əlil arabalarını və uşaqların reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazimatları Əl-Farabi mərkəzinə təqdim edib.
Tədbirin sonunda Mərkəzdə təhsil alan uşaqlar müxtəlif mahnı və rəqslər ifa etmiş, qabiliyyətlərini nümayiş etdirmişlər. Uşaqlar evinin sakinləri və burada çalışan texniki heyətin şərəfinə ziyafət verilmişdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür
14.09.2019
İsmayıllıda yeni uşaq bağçası istifadəyə verilib