Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Diaspordan etiraz: “Erməni soyqırımı” barədə sənəd rədd edildi

21:00  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Ukraynanın Dnepropetrovsk Şəhər Şurasının sentyabrın 30-da keçirilən iclasında qondarma erməni soyqırımı barədə qəbul olunan sənəd ləğv olunub.

Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev APA-ya bildirib ki, şəhər meriyası sənəddən irəli gələn qərarların tətbiqinə veto qoyub və bununla qəbul edilmiş sənədin qüvvədən düşdüyünü bildirib. Q. Hacıyevin sözlərinə görə, sənədin qəbulundan sonra bütün ölkə üzrə Azərbaycan diasporunun kütləvi etirazı, vilayətdəki digər etnik xalqların da dəstək verdiyi ictimai qınaq şəhər meriyasını belə addım atmağa vadar edib: “Bu sənədin qəbulunda fəallıq göstərən şəhər meri əvəzi Qalina Bulavka Azərbaycan diasporunun haqlı basqısından sonra məcbur olub veto hüququndan istifadə etdi və sənədi ləğv etdi”.

Qeyd edək ki, həmin iclas zamanı Q. Bulavka gündəlikdəki 8 məsələyə bir yerdə səs verilməsini xahiş edib. Deputatlar təqdim olunan sənədlərə toplu halda, müzakirəsiz səs veriblər. Səsvermədən sonra Şəhər Şurasının deputatı Sergey Vorobyov qəbul olunan sənədlər arasında uydurma “erməni soyqırımı”nın tanınmasına dair sənədin də yer aldığını görüb və etirazını bildirib. Vorobyovun narazılığının kütləvi etiraza səbəb olduğunu görən Q. Bulavka tələsik iclası bağlı elan edib. Bundan sonra Azərbaycan diasporu, o cümlədən Ukrayna Millətlər Assambleyasında təmsil olunan 50-yə yaxın etnik xalqları təmsil edən təşkilatlar Ukrayna prezidentinə və Ali Radaya etiraz müraciəti edib, sənədin ləğv olunmayacağı təqdirdə Dnepropetrovska kütləvi yürüş təşkil olunacağını bildirib
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq