Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6704

Digər sorğular

Protez-ortopedik xidmətlə 15 minədək insan təmin edilib

20:45  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ saytına verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial cəhətdən həssas qruplara aid şəxslərlə bağlı aparılan işlərin mühüm bir istiqaməti də həmin insanların bərpa müalicəsinə və protez-ortopedik bərpa xidmətləri ilə təmin olunmasına yönəlib.

Bu istiqamətdə tədbirlərin davamı kimi, cari ilin ötən dövründə nazirliyin bərpa-müalicə müəssisələrində 5 min nəfərədək əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa müalicə xidməti, 7158 nəfər şəxsə protez-ortopedik bərpa xidməti göstərilib. Nazirlik tərəfindən 245 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi, 53 nəfərin ölkə daxilində və xaricdə müalicəsinə maddi köməklik göstərilməsi təmin edilib. Bu dövrdə imtiyazlı şəxslərin müalicəsinin təşkili məqsədilə 2526 nəfər belə şəxsə sanatoriya-kurort putyovkası (yollayışı) verilib.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cari ilin ötən dövründə imtiyazlı şəxslərin müalicəsi, protez-ortopedik xidmətlə təmin olunması sahəsində həyata keçiridiyi tədbirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz və ya 2835 nəfər çox (14 982 nəfər) insanı əhatə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2020
Qubad İbadoğlunun döyülən qızına cinayət işi açıldı - VİDEO
20.02.2020
Neftçalanın icra başçısını bitirən səbəblərdən biri - VİDEO
20.02.2020
İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO
20.02.2020
Əsas yollarda sürət həddi endirildi
20.02.2020
Hədəfdəki növbəti icra başçısı – Bu gün həbs olunan İsmayılovun qaynı