Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

20:22  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Cenevrəyə səfəri
çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqlə görüşüb. Bu barədə Xidmətin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya üzrə beynəlxalq dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda iki gün davam edən beynəlxalq konfransda iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev səfəri çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqlə görüşüb.

Görüşdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında qarşılıqlı əməkdaşlığın indiki vəziyyəti və perspektivləri müzakirə olunub.

Baş direktor bu ilin sentyabrında Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. U.L.Sinq Azərbaycanda miqrasiya sahəsində formalaşdırılmış innovativ işlərlə bağlı gördüklərini keçirdiyi çoxsaylı görüşlərdə dünya ölkələri üçün yaxşı nümunə kimi qeyd etdiyini vurğulayıb.

Xidmət rəisi Firudin Nəbiyev ölkəmizlə bağlı xoş sözlərə görə Uilyam Leysi Sinqə təşəkkürünü bildirib. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidmətinin bu əməkdaşlığa çox böyük önəm verdiyini bildirib.

Sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”