Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6666

Digər sorğular

Bahar Muradova: Ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir

20:08  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

“Azərbaycanda parlament seçkisi öncəsi vəziyyət müsbət qiymətləndirilir, çünki bütün siyasi qüvvələrin ədalətli rəqabəti üçün hər cür şərait yaradılıb”. Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.



B.Muradova hesab edir ki, müəyyən sosial bazaya, təcrübəyə malik olan siyasi qüvvələr qanunun tələblərinə əməl etməklə öz təbliğat-təşviqat kampaniyasını apara və müəyyən uğurlar qazana bilərlər: “Ölkəmiz seçki prosesində demokratik dəyərlərə söykənir. Azərbaycanın seçki qanunvericiliyi və təcrübəsi göstərir ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçiriləcək. Eyni zamanda, bu seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin müşahidə aparacaqlarına və obyektiv mövqe ortaya qoyacaqlarına inanırıq”.

B.Muradova bildirib ki, seçkidə iştirak edən namizədlər və siyasi qüvvələrin, mətbuat orqanlarının, müxtəlif təbəqələri təmsil edən seçicilərin fikir və rəyləri onu deməyə əsas verir ki, parlament seçkilərinə çox böyük maraq var: “Çoxsaylı beynəlxalq təşkilatların nümayəndələrinin seçkiləri müşahidə etmək üçün müraciətləri də bunu göstərir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2020
Şəmkirdə baş verən ağır yol qəzasında 3 nəfər ölüb - YENİLƏNİB
27.01.2020
SHXÇDX vətənpərvərlik təbliğatı ilə bağlı daha bir layihəyə start verdi
27.01.2020
Ayaz Mütəllibovun səhhətində problemlər yarandı - “Həkimim məsləhət görüb ki...”
27.01.2020
Nərminin öldürülməsində ittiham olunan şəxsin vəkilləri tibbi ekspertiza tələb edir
27.01.2020
Qalmaqallı dairədə yeni təyinat