Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6477

Digər sorğular

ŞOK İTTİHAM: MTN Bakıda bankdan pul çəkən şəhid ailəsinin 740 min dollarını əlindən alıb - ŞİKAYƏT

19:52  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

İş adamına deyilib ki, bundan sonra onun bütün biznesinə şərik olacaqlar.

Şəhid ailəsi Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının fəaliyyəti ilə bağlı ictimaiyyətə müraciət edib. Şəhid Mübariz Əzizovun ailəsinin ölkə başçısına ünvanladığı müraciətin mətni Lent.az-a ünvanlanıb.

Müraciətdə qeyd edilib ki, ailənin oğlu Vidadi Əziz xarici ölkədə qazandığı pulu 2012-cü ilin aprel ayında Azərbaycan banklarının birinə köçürüb. V.Əziz Azərbaycanda biznes qurmaq üçün həmin pulu bankdan çəkib. Bu zaman 20-25 maskalı şəxs onu bankın qarşısında saxlayaraq, Milli Təhlükəsizlik Nazirliyinə gətirib. Nazirlikdə ona işgəncə verilib və 740 min ABŞ dolları zorla əlindən alınıb. Ölkə rəhbərliyinə ünvanlanan məktubda yazılıb ki, MTN-də V.Əzizin başına silah dirəyərək, bundan sonra quracağı biznesində onunla şərik olacaqlarını deyiblər: "Milli Təhlükəsizlik Nazirliyi sistemində adam oğurluğu, soyğunçuluq və quldurluqla məşğul olan yüksək rütbəli məmurlardan təşkil olunmuş mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir. Bu dəstənin üzvləri tərəfindən xaricdə biznes fəaliyyəti ilə məşğul olan oğlumuz Vidadi Əziz 2012-ci ilin aprel ayında Azərbaycanda yenidən biznes fəaliyyəti qurmaq, yeni iş yerləri açmaq məqsədilə xarici ölkədə qazandığı halal pullarını köçürdüyü bankdan alıb çıxarkən, Bakıda 20-25 nəfərdən ibarət maskalı şəxslər tərəfindən oğurlanaraq qoluna qandal vurulub nazirliyə aparılıb, orada işgəncələrə məruz qalıb, başına silah dirənib. Sonda 740 min ABŞ dolları əlindən alındıqdan sonra azadlığa buraxılan oğlumuzu bu yolla onları da qazancına və biznesinə şərik etməyə məcbur ediblər."

Goranboy rayon Xanqərvənd sakinləri, şəhid atası Əsgər Əzizov, şəhid anası Almaz Əzizova qarşılaşdıqları bu özbaşınalıqla bağlı hüquq-mühafizə orqanlarına ünvanladıqları müraciətləri geri çəkmək üçün dəfələrlə hədə-qorxu, təhdid aldıqlarını qeyd ediblər.

Qeyd edək ki, məsələ ilə bağlı ailə prezident İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Lent.az-ın əldə etdiyi məlumata görə, baş prokurorun birinci müavini Rüstəm Usubov sabah şikayətçi ailəni qəbul edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.09.2019
Mindən çox abonent qazsız qalacaq
20.09.2019
Sabah Azərbaycanda temperatur aşağı düşəcək - HAVA PROQNOZU
20.09.2019
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə keçirilən mərasimdə iştirak edib
20.09.2019
Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas