Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6665

Digər sorğular

95 dərslik elektron variantda portala yerləşdirilib

18:15  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Bu gün şagirdlərin elektron dərsliklərdən istifadə bacarıqları ilə tanış olmaq məqsədilə mediatur keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, mediatur çərçivəsində Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə olan media təmsilçiləri III və VIII sinif şagirdlərinin elektron dərsliklərdən istifadəsi prosesini izləyiblər.
Nazirliyin verdiyi məlumata əsasən, Azərbaycan və rus bölmələri üzrə www.e-derslik.edu.az portalında yerləşdirilən elektron kitabların sayı 66-dan 95-ə çatdırılıb. Ən son olaraq IV, VI, VII və VIII sinif dərslikləri əlavə olunub. Yaxın aylarda VIII sinif üzrə bütün fənn dərsliklərinin hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub.

Hazırda I-IV və VI-VIII siniflər üçün Azərbaycan və rus bölmələri üzrə 95 ədəd dərslik tam olaraq elektron variantda portala yerləşdirilib. V və IX-XI sinif dərsliklərinin elektron versiyaları isə 2015-2016-cı tədris ilinin sonunadək hazırlanacaq.

Qeyd edək ki, ötən bir ildə elektron dərsliklər portalından 400 minə yaxın istifadəçi yararlanıb. Portala gündəlik 1500-2000 nəfər istifadəçi daxil olur. Portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 33000 nəfərdən çoxdur.

Xatırladaq ki, www.e-derslik.edu.az portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır. Portala daxil olan istifadəçilərin onlayn və oflayn formada dərslikləri elektron versiyada oxumaq, dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq, axtarışlar etmək imkanı var.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2020
Qalmaqallı dairədə yeni təyinat
27.01.2020
Şair Ramaldanov namizədliyini geri götürdü
27.01.2020
İlham Əliyev sərəncam imzaladı
27.01.2020
2 saylı DOST mərkəzi bir ayda 1800-dən çox vətəndaşa xidmət göstərib
27.01.2020
“Nənə öpməklə deputatlıq mümkün olsaydı, babalar çoxdan spiker idi...”