Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Qənirə Paşayeva Hunanlar kəndində olub

15:00  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Millət vəkili Qənirə Paşayeva Hunanlar kəndində seçicilərlə görüşüb.

QAZİLER.AZ-ın məlumatına görə, seçicilərlə görüşdə Q. Paşayeva Hunanlar kəndinin qaz problemi ilə bağlı "Azəriqaz"la müzakirə apardığını və yaxın zamanlarda bu məsələnin həllini tapacağını deyib.

Hunanlar seçicilərinin məktəblərin təmiri ilə bağlı müraciətini Təhsil Naziri ilə müzakirə etdiyini və üstəlik hökumətə müraciət etdiyini deyən Q.Paşayeva bu məsələnin də tezliklə həll olunacağını bildirib.

Görüşdə iştirak edən seçicilər Q.Paşayevaya seçkilərdə dəstək olacaqlarını bildiriblər.



Millət vəkili Hunanların xəstə olan kənd sakinlərinin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşən Q.Paşayeva onlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər.



Sakinlər kənddə əsasən iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu vurğulayıblar. Kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər aparan Millət vəkili məsələlərin həlli istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ