Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Azay Quliyevin görüşündə yenə izdiham yaşandı -FOTOLAR

02:15  |    28 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində dairə ərazisindəki 6 və 9-cu mikrorayonun sakinləri ilə görüşüb.

Deputatlığa namizəd Azay Quliyevin seçki qərargahının mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, seçicilər qarşısında çıxış edən Azay Quliyev seçki kampaniyası haqqında məlumat verib: “Dairədə bütün təbəqələrdən olan seçicilərlə görüşürük. Bu müddətdə əmin olduğumuz bir fakt öz təsdiqini tapdı ki, Azərbaycan seçicisi, sözə, əmələ, fəaliyyətə yüksək dəyər verən seçicidir. Azərbaycan seçicisi siyasi proseslərə çox həssaslıqla yanaşır. Seçim edərkən bütün bu məqamları nəzərə alıb, ən düzgün qərarını verir”.

Dairədə yaşayan iş adamı Saleh Qəhrəmanov Prezident İlham Əliyevin sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız yoxlamaların aradan qaldırılması zərurəti ilə bağlı atdığı addımların əhəmiyyəti haqda danışaraq, ölkədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi islahatların ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını deyib.

Deputatlığa namizəd Azay Quliyev əlavə edib ki, ölkə rəhbərinin qərarları, tapşırıqları, imzaladığı fərman və sərəncamları sahibkarlıqla məşğul olan şəxslər üçün geniş imkanlar açacaq.

Sonra çıxış edən seçicilər fiziki məhdudiyyətli vətəndaşların sosial problemlərinin həlli, şəhid statusu və başqa məsələlərlə bağlı fikirlərini bildiriblər. Azay Quliyev təklfi olunan məsələlərlə bağlı seçkidən sonra müvafiq qurumlarla müzakirənin keçirilməsini təklif edib.



Qarabağ müharibəsində ad çıxarmış qəhrəman, şəhid Fred Asifin oğlunun və şəhid anasının çıxışını tədbir iştirakçıları coşqu ilə qarşılayıb. Şəhid anası bildirib ki, sözlərini deyə biləcəkləri, birbaşa təmas qurduqları deputatlığa namizədlə görüşdükləri üçün sevinclidir. “Oğul itirmiş ana kimi deyirəm ki, sanki oğlumu tapmışam”.



Görüşdə iştirak edənlər 1 noyabr seçkisində yekdilliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 28 oktyabrda saat 16.00-da 8-cı mikrorayonda yerləşən “Nurman” Şadlıq Sarayında seçicilərlə görüşəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ