Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6787

Digər sorğular

Rusiyada robot texnikası üzrə beynəlxalq mərkəz yaradılacaq

20:30  |    27 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Rusiya Təhsil və Elm Nazirliyi ölkədə robot texnikası üzrə beynəlxalq elmi istehsalat mərkəzinin yaradılacağını açıqlayıb.

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, yeni struktur Moskvada “MIS&S” Milli Texnoloji Universitetinin bazasında formalaşdırılacaq.

Layihədə həmçinin “KamAZ”, “Tatneft”, “Soyuz-Aqro” və “Cognitive Technologies” şirkətlərinin iştirakı gözlənilir. Mərkəzin yaxın üç il üçün büdcəsi 1 milyard rubl (15 milyon 900 min dollar) təşkil edəcək.

“Bu, robot texnikası sahəsində dünyanın aparıcı alim və mütəxəssislərini bir araya gətirmək üçün lazım olan vahid infrastrukturdur”, - Rusiyanın təhsil və elm naziri Dmitri Livanov bildirib.

Mərkəzin robot texnikasının bionika, koqnitiv texnologiyalar, biometrika, nanorobot texnikası kimi perspektivli sahələrində tədqiqatlarla məşğul olması gözlənilir. Layihələrdən biri “KamAZ” şassisində yükdaşıyan pilotsuz uçan aparatlar ailəsinin inkişafı olacaq. Bu pilotsuz uçan aparatların ictimai yollarda 2025–2027-ci illərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Bundan başqa, mərkəz mütəxəssisləri süni intellekt sistemlərinin, eləcə də yeni nəsil robotların müxtəlif elementlərinin hazırlanması üçün metal birləşmə və ərintilərin yaradılması ilə məşğul olacaqlar.

Mərkəzin 2016-cı ilin əvvəlində fəaliyyətə başlaması planlaşdırılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 770-ə çatdı
04.04.2020
Rusiya baş naziri Meladzenin oxuduğu erməni mahnısına rəqs edib erməniləri də dəvət etdi - VİDEO
04.04.2020
İspaniyadan tükləri ürpərdən görüntülər yayıldı: Yerdə üst-üstə yığılan cəsəd dolu torbalar
04.04.2020
Dünyada koronavirusdan ölənlərin sayı 60 minə yaxınlaşır
04.04.2020
Koronavirus heyvanlar arasında da yayılır