Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6787

Digər sorğular

Çin ABŞ-a xəbərdarlıq etdi

16:45  |    27 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

"Biz ABŞ-ı bölgədə sülh və sabitlik üçün təhrikedici xarakterli çıxışlara və ya əməllərdən çəkinməyə çağırırıq".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Çinin ABŞ-dakı səfirliyinin bəyanatında bildirlib.

Məlumata görə, ABŞ-ın "Lassen" raket daşıyıcısı Yaponiyanın Yokosuka adasındakı bazasından Cənub Çin dənizindəki Spratli (Nanşa) arxipelaqı yaxınlığında Çinin saldığı süni adaların yaxınlığında patrul xidmətini həyata keçirib.

Çin tərəfi məsələ ilə bağlı daha sonra bildirib ki, azad nəqliyyat və uçuş hərəkəti başqa dövlətin "suverenliyi və təhlükəsizliyini təhidid etmək üçün əzələ nümayişi göstərməsinə bəhanə olmamalıdır".

Qeyd edək ki, Yaponiya hökuməti Çinin həmin ərazidə süni adalar tikməsinə etiraz edib.

Filippin hökiuməti isə ABŞ hərbi gəmisinin həmin ərazidə patrul xidməti keçməsini alqışlayıb.

Xatırladaq ki, Cənub dənizi neft, təbii qaz və balıqçılıq baxımından zəngin qaynaqlara malikdir. Həmin adalara Tayvan, Çin, Bruney, Malayziya, Vyetnam Filippin də iddia edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
İspaniyadan tükləri ürpərdən görüntülər yayıldı: Yerdə üst-üstə yığılan cəsəd dolu torbalar
04.04.2020
Dünyada koronavirusdan ölənlərin sayı 60 minə yaxınlaşır
04.04.2020
Koronavirus heyvanlar arasında da yayılır
04.04.2020
Niyə Tramp tibbi maska taxmır?
04.04.2020
Bu gün Çində matəm elan edilib