Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6787

Digər sorğular

Pentaqon: Rusiya hərbi gəmiləri mühüm sualtı kabelləri kəsə bilər

19:15  |    26 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

ABŞ Rusiya hərbi gəmilərinin mühüm kommunikasiya kabellərinin keçdiyi zonalarda aktivliyindən narahat olduğunu büruzə verib. Pentaqon istisna etmir ki, Rusiya gəmiləri kabellərə hücum edə bilər.

İKT.lent.az-ın “The New York Times”a istinadən verdiyi məlumata görə, yüksək rütbəli ABŞ hərbçiləri və kəşfiyyat Rusiya sualtı qayıqlarının və casus-gəmilərinin vacib sualtı kabellərin yaxınlığında aqressiv fəaliyyətindən narahatdır. Əsas narahatlıq Rusiyanın həmin kabellərlə ötürülən informasiyaları ələ keçirmə ehtimalı ilə əlaqədar deyil, ABŞ kəşfiyyatı bunun qarşısını almaq üçün çox öncədən tədbir görüb. Narahatlıq onunla əlaqədardır ki, Rusiya tərəfi münasibətlərin gərginləşməsi və ya hansısa münaqişə zamanı bu kabelləri kəsə bilər. Pentaqon nümayəndələri bu halda ABŞ-ın hansı addımları ata biləcəyi haqda heç nə deməyiblər, lakin onu qeyd ediblər ki, vəziyyət diqqətlə izlənilir. “Hansısa ölkənin kommunikasiya kabellərinə müdaxilə etməsi haqda informasiya həmişə narahatlıq doğurur. Lakin sualtı əməliyyatlar sirr sayıldığından biz detalları şərh etmirik”, - deyə ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Uilyam Marks bildirib.

“The New York Times”ın məlumatına əsasən ötən ay Rusiyanın “Yantar” casus-gəmisi ABŞ-ın Quantanamodakı hərbi-dəniz stansiyasına yaxınlaşıb. Bu stansiyanın yaxınlığından vacib kabellər keçir. Rusiya gəmisinin hərəkəti ABŞ casus peykləri, hərbi gəmiləri və hərbi təyyarələri tərəfindən nəzarətdə saxlanılıb. ABŞ hərbçiləri bildirir ki, “Yantar” dərinliklərdə yerləşən kabelləri kəsə biləcək imkanlara sahibdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.04.2020
Rusiya baş naziri Meladzenin oxuduğu erməni mahnısına rəqs edib erməniləri də dəvət etdi - VİDEO
04.04.2020
İspaniyadan tükləri ürpərdən görüntülər yayıldı: Yerdə üst-üstə yığılan cəsəd dolu torbalar
04.04.2020
Dünyada koronavirusdan ölənlərin sayı 60 minə yaxınlaşır
04.04.2020
Koronavirus heyvanlar arasında da yayılır
04.04.2020
Niyə Tramp tibbi maska taxmır?