Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6885

Digər sorğular

Dünya Bankının vitse-prezidenti İlham Əliyevin qəbulunda

20:53  |    23 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 23-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

QAZİLER.AZ AZƏRTAC-a istinadən bildirir ki, vitse-prezident Siril Müller 1999-ci ildə Dünya Bankı nümayəndə heyətinin tərkibində ölkəmizə səfər etdiyini və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə keçirdikləri görüşü məmnunluqla xatırlayıb. O, iki il bundan əvvəl ölkəmizə səfəri zamanı Azərbaycanın inanılmaz dərəcədə tərəqqi etdiyinin şahidi olduğunu vurğulayaraq respublikamızın son illərdə çox böyük uğurlar qazandığını deyib. Siril Müller Azərbaycanın gələcəkdə də çox firavan bir ölkə olacağına əminliyini bildirib.

Azərbaycanda həyata keçirilən inkişaf proseslərinin bundan sonra yeni formatda davam etdiriləcəyini deyən prezident İlham Əliyev müstəqilliyimizin ilk illərində maliyyə-iqtisadi çətinliklərin mövcud olduğunu vurğulayıb. Dövlətimizin başçısı sonrakı illərdə ölkəmizdə çox böyük nailiyyətlərin əldə olunduğunu məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu enerji siyasəti nəticəsində əldə edilən gəlirlərdən məqsədyönlü şəkildə istifadə olunmaqla infrastrukturun yaradılması, biznes imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması, yerli istehsalın artırılması və digər istiqamətlərdə mühüm işlər görülüb.

Azərbaycanın hazırda inkişafın yeni mərhələsində olduğunu vurğulayan dövlətimizin başçısı bu mərhələdə ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün institusional islahatların aparılmasının və sahibkarlığın stimullaşdırılmasının vacibliyini qeyd edib. İqtisadiyyatın neftdən asılılığının azaldılmasının zəruriliyini bildirən prezident İlham Əliyev hazırda ümumi daxili məhsulun 70 faizinin qeyri-neft sektorunun payına düşdüyünü vurğulayıb. İxracın 90 faizinin enerji sektoruna aid olduğunu deyən dövlətimizin başçısı bunu indiyə qədər qeyri-neft sektorunda istehsal edilən məhsulların daxili bazara hesablanması ilə əlaqələndirərək bildirib ki, asan olmasa da növbəti mərhələdə ixracyönümlü istehsala önəm veriləcək.

Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Ucuz qiymətə ev almaq istəyənlərin nəzərinə! İyunun 30-u, saat 11:00-da başlayacaq
29.05.2020
Prezident FƏRMAN imzaladı
27.05.2020
190 manatlıq yardım yenidən verilə bilər? - AÇIQLAMA
26.05.2020
Manat üzərindən “qara buludlar” çəkildimi?
25.05.2020
Məşhur iqtisadçıdan dünyanı narahat edəcək xəbərdarlıq: "Ən az 10 il davam edəcək"