Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

1000 seçki məntəqəsində “web-kamera” quraşdırılacaq

23:00  |    22 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə səsvermə prosesində seçki məntəqələrində “web-camera”lardan istifadə məsələsində baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, müşahidəçilərin seçki prosesinə cəlb edilməsi prosesi olduqca önəmlidir. 2008-ci ildə Azərbaycanda ilk dəfə “web-kamera”lardan istifadə edildiyini deyən N. Məmmədov deyib ki, “web-kamera”lardan istifadə olduqca mühümdür və bu il də bu təcrübənin tətbiqi davam etdirilməlidir: “Bu il də 119 seçki dairəsinin 1000 seçki məntəqəsində kameralar quraşdırmağa nail olacağıq. Səsvermə kabinələri istisna olmaqla, bütün proseslər bu kameralar vasitəsilə izləniləcək. Seçki prosesi başlayandan sona kimi seçkiləri izləmək mümkün olacaq. Təklif olunur ki, qərarın icrası aidiyyatı qurumlara həvalə edilsin”.

Təklif səsverməyə qoyularaq qəbul edilib.

Sonra seçkilərdə “exit poll” keçirmək istəyən qurumların müraciətinə baxılıb. “Rəy” Monitorinq Mərkəzinin müraciəti müsbət qiymətləndirilib və qəbul edilib.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.11.2019
"Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib" - Çavuşoğlu
09.11.2019
Çavuşoğlu: "Türkiyə Azərbaycan, Azərbaycan isə Türkiyədir"
09.11.2019
Qardaş Türkiyənin tanınmışlarından Azərbaycana bayram təbriki - VİDEO
08.11.2019
Azərbaycan XİN İrana başsağlığı verib
07.11.2019
Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb