Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6653

Digər sorğular

Baş geoloq: “Avtovağzalın istinad divarı sökülməlidir“ -VİDEO

16:08  |    23 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Bir neçə gündür Bakı Beynəlxalq Avtovağzalı qarşısındakı yolda çökmə müşahidə olunur. APA TV-nin xəbərinə görə, sürüşmə-çökmə baş verən ərazidəki istinad divarında aidiyyəti qurumlar tərəfindən bərkitmə işləri aparılsa da, bərpa olunan sahələrdə çatlar getdikcə daha da dərinləşir.

Bu gün ərazidə çəkiliş apararkən biz də bunu müşahidə etdik.

Əraziyə çatanda həmin hissədə təmir işlərinin getdiyinin şahidi olduq. Fəhlələr kamera önündə danışmaq istəməsə də, şifahi olaraq bildirdilər ki, işlərin nə zaman başa çatdırılacağı barədə onlarda hər hansı məlumat yoxdur. Çöküntü sahəsində faktla bağlı açıqlama verə biləcək səlahiyyətli şəxs tapmadığımızdan, üz tutduq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinə. Xidmətin Planlama Ekspedisiyasının baş geoloqu Əmrah Piriyev bildirdi ki, çöküntü prosesinin davam etdiyi 7-8 gün ərzində rəhbərlik etdiyi ekspedisiyanın əməkdaşları ilə bir neçə dəfə əraziyə baş çəkib: "Hadisə müəyyən texnogen proseslərin, daha doğrusu, əraziyə su kütləsinin yığılması nəticəsində baş verib. Bu da istinad divarı arxasına tökülmüş olan torpağı məhlul halına salıb və nəticədə orada çökmə prosesi baş verib. Həmin çökmə də istinad divarlarından 70 santimetrədək avtovağzal binasına doğru irəliləyib ".

Mütəxəssis çökmə zonasında yaranan problemin kökündən həlli üçün çıxış yolu da təklif edir. O, hazırda aparılan bərpa işlərinin müvəqqəti xarakter daşıyacağı qənaətindədir. Ə.Piriyev hesab edir ki, istinad divarı sökülməli və yenidən bərpa olunmalıdır.

Mütəxəssis əlavə edib ki, yağışlar intensiv xarakter alacağı təqdirdə, sürüşmə-çökmə prosesi daha da aktivləşəcək.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2020
Nazir müavini: “Bugünədək 116 20 Yanvar əlili və şəhid ailəsinə mənzil, 92-nə avtomobil verilib”
18.01.2020
“Bu il müharibə əlilləri və şəhid ailələrinə daha 1500 mənzil veriləcək” - Nazir
17.01.2020
20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb
16.01.2020
Daha 250 ailə üçün intensiv meyvə bağları salınıb
15.01.2020
Ağciyər Xəstəlikləri İnstitutu iki xəstənin ölümü ilə bağlı məlumat yayıb