Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6595

Digər sorğular

Bakıda kütləvi zəhərlənmə: 15 nəfər xəstəxanaya aparıldı-VİDEO

01:00  |    23 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Rayonun Qaraçuxur qəsəbəsində, Zaur Şərifov 24 ünvanında ötən gündən başlayaraq bina sakinləri arasında zəhərlənmə halları müşahidə edilib. Ümumilikdə 70-ə yaxın adam zəhərlənib ki, onların da 20-dən çoxu uşaqdır. Zəhərlənənlərdən bəzilərinin vəziyyətinin orta-ağır olduğu bildirilir.


Sakinlərin sözlərinə görə, binaya su verilən borular nasaz vəziyyətdədir. Çirkab suları zirzəmidəki nasos vasitəsilə yenidən mənzillərə vurulub.

Loğman Şükürov: "Hal-hazırda mənim iki uşağım zəhərləndiyinə görə xəstəxanadadır. Vəziyyətləri də yaxşı deyil".

Baba Möhlətov: "Uşaqda qarın ağrısı var idi. Apardıq həkimə, müalicə olundu. Qan analizi verəndə dedilər ki, dəqiq səbəbi bilinəcək. Hazırda vəziyyəti normaldır".

İlham Mirzəyev: "Bütün həkimlər tökülmüşdü bura. Təcili yardım maşınının əlindən tərpənmək olmurdu. Hamını aparıb-gətirirdilər. Bu dəqiqə gedin, 5 nömrəli xəstəxana doludur".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ümumilikdə 15 nəfər xəstəxanaya yerləşdirilib. Onlara profilaktik yardım göstərilib, həyatları üçün heç bir təhlükə yoxdur. Xəstələrə lokal qida pozuntusu diaqnozu qoyulub. Hadisəyə həmin əraziyə verilən suyun çirkli olması səbəb olub.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.11.2019
Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik təsərrüfatlara baxış keçirilib
30.11.2019
Bu nazirliyin rəhbərliyi Kürdəmir, Ucar və Zərdab rayonlarında vətəndaşlarla görüşüb
29.11.2019
Yeni “Reabilitasiya Konsepsiyası” hazırlanır
27.11.2019
Pensiya məsələləri ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə nazirlik CAVAB VERDİ
26.11.2019
Sərhədyanı rayonda yeni məşğulluq layihəsi işə salınıb