Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

Obama Ukraynaya silahın verilməsi haqqında qanuna veto qoydu

15:45  |    23 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

ABŞ prezidenti Barak Obama ölkənin 2016-cı il üçün müdafiə büdcəsinin layihəsinə veto qoyub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

Qeyd edək ki, bundan əvvəl sənəd hər iki palata tərəfindən qəbul edilib, lakin dövlət başçısı onu imzalamayacağını bəyan etmişdi. Obama bu qərarını sənəddə müdafiə xərclərinin 90 mlrd dollaradək artırılmasının nəzərdə tutulması ilə əlaqələndirib.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasına nəzarət edən respublikaçılar prezidentin vetosunu dəf etmək üçün lazımi səs çoxluğuna malik deyillər. Beləliklə, prezident veto qoyduqdan sonra yenidən büdcə üzrə məsləhətləşmələrin davam etdiriləcəyi gözlənilir.

Qeyd edək ki, qanun layihəsində Ukraynaya 300 mln dollar məbləğində hərbi və kəşfiyyat sahələrində (döyüş silahı, sursat, pilotsuz təyyarələr, tank əleyhinə silahlar və minaatanlar) yardımın ayrılması nəzərdə tutulmuşdu.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.02.2020
İrandakı zəlzələ Türkiyədə dağıntılar yaratdı — FOTOLAR
23.02.2020
İranda yüksəkvəzifəli məmur koronavirusa yoluxdu
23.02.2020
Hubeydə koronavirusa yoluxanların sayı 630 nəfər artdı
22.02.2020
Türk ordusu şəhidlərin qisasını aldı: 21 hədəf məhv edildi
22.02.2020
ABŞ-dan Ərdoğana sürpriz: Nə baş verir? - İdlib ətrafında gərginlik