Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6707

Digər sorğular

Putin: “Rusiya İraqda vuruşmayacaq“

15:22  |    23 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

"Yaxın Şərqdəki terror qruplaşmaları ideologiyaya görə yox, gəlir mənbələri naminə döyüşür".

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin“Valday” beynəlxalq diskussiya klubunun plenar iclasındakı çıxışında deyib.

“Biz hazırda dünyada çoxlu sayda terror təşkilatının olduğunu müşahidə edirik. Bəli, arabir İŞİD terrorçuları və “Əl Qaidə”nin cürbəcür davamçıları bir-biriləri ilə də savaşır, lakin onlar ideologiyaya görə yox, pula görə, pul bölgüsü üstə döyüşürlər”, - deyə Putin qeyd edib.

“Mahiyyət və üsul isə birdir - terror, qətllər, insanları qorxudulmuş, məzlum, itaətli kütləyə çevirmək”, - deyə prezident əlavə edib.

O, Rusiyanın İraq ərazisində İŞİD-ə qarşı mübarizə aparmağı planlaşdırmadığını da deyib.

“Biz İraq istiqamətində silah-sursat tədarük edərək öz töhfəmizi veririk. Bizim əməkdaşlığımız tək silah və hərbi texnikanın tədarükü ilə məhdudlaşmır, biz həmçinin İraq, Rusiya və Suriya nümayəndələrinin birgə yaratdığı Məlumat Mərkəzi üzrə informasiya mübadiləsi də həyata keçiririk. Lakin genişlənməyi planlaşdırmırıq”, - deyə Putin qeyd edib.

Putin həmçinin qeyd edib ki, Bağdad Moskvaya müvafiq xahişlə müraciət etmədiyindən, Rusiyanın belə bir planı yoxdur, ola da bilməz.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.02.2020
Türk ordusu şəhidlərin qisasını aldı: 21 hədəf məhv edildi
22.02.2020
ABŞ-dan Ərdoğana sürpriz: Nə baş verir? - İdlib ətrafında gərginlik
22.02.2020
 Əfqanıstan Talibana qarşı əməliyyatları dayandırdı
22.02.2020
İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb
22.02.2020
Uxanda daha19 bina koronavirusa yoluxanlar üçün müvəqqəti xəstəxana kimi fəaliyyət göstərəcək