Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Türkiyədə İŞİD-in Çeçenistan və Dağıstan rəhbərləri həbs edildi

15:12  |    22 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Türkiyədə İŞİD terror təşkilatının Çeçenistan və Dağıstan rəhbərləri olduğu iddia olunan şəxslər həbs edilib.


APA TV-nin xəbərinə görə, İstanbul şəhərində keçirilən əməliyyat zamanı ümumilikdə 12 nəfər tutulub. Onlardan 2 nəfər polisdə dindirilir, 9 dağıstanlı isə ölkədən çıxarılmaq üçün Xarici Vətəndaşlar Şöbə Müdirliyinə təslim edilib.

Terrorla Mübarizə Şöbə Müdirliyinin əməkdaşları İstanbulun Böyükçəkməcə qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı axtarış aparılan ünvandan İŞİD-in Çeçenistan rəhbəri olduğu iddia olunan Muhammed El Hac tutulub. Evdən 6 lazer məsafə ölçən, 3 durbin və 1 teleskop ələ keçirilib. Çeçenistan vətəndaşı olan Muhammed El Hacın Suriyaya keçərək döyüşlərdə iştirak etdiyi bildirilir. Məhkəmə onun haqqında həbs qərarı çıxarıb.

Başakşehirdə keçirilən əməliyyat zamanı isə İŞİD terror təşkilatının Dağıstan rəhbərləri olduğu iddia olunan Aslan T. və Mahmud Ş.-nin aralarında olduğu 11 dağıstanlı tutulub. Tutulanlardan 9-nun Suriya və İraqda döyüşməyə getmək üçün İstanbula gəldikləri bildirilir. Onların Türkiyədən xaric olunması üçün işlər aparılır. Aslan T. və Mahmud Ş. isə polisdə dindirilir. Onların Rusiya Federasiyasından olan çoxlu sayda insanın İŞİD sıralarına qatılmasında iştirak etdiyi bildirilir.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Türkiyə, Rusiya və İran prezidentlərinin Ankarada Suriya Zirvə görüşü keçirilib - VİDEO
16.09.2019
Həsən Ruhani Ermənistana səfər edəcək
16.09.2019
Türk nazirin idarə etdiyi təyyarədə 8 nasist bayrağı – Şok səbəb
15.09.2019
Ehud Barak: "Netanyahu yenidən baş nazir seçilsə..."
15.09.2019
İran XİN ABŞ dövlət katibini yalan danışmaqda ittiham edib