Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Sultanağa Nəhmət oğlu Bayramovun doğum günüdür

15:03  |    17 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

QAZİLER.AZ saytı Milli Qəhrəmanımızı yad edir.

Bayramov Sultanağa Nəhmət oğlu 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur.

Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizio-terapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində işləmişdir.

Soltanağa Bayramov hospitalda çalışdığı müddət ərzində kollektivin dərin hörmətini qazanmışdır. Hamı onu qayğıkeş, prinsipial, qanunpərəst, ədalətli bir insan kimi tanıyırdı. “Səhiyyə əlaçısı” adını qazanmışdı. Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur.

1990-cü il... Xalqımız çətin sınaqlarla üz-üzə durmuşdu. Xarici dövlətlərin havadarlığı ilə daxili düşmənlər: vətən xainləri, nankorlar, satqınlar respublikanı parçalamaq üçün hər cür rəzil əməllərə əl atırdılar. “Talış Muğan Respublikası” yaratmaq xülyası ilə yaşayan Əlikram Hümbətov öz quldur dəstəsi ilə Azərbaycanın cənub bölgələrində ağır cinayətlər törədirdi. Soltanağa həkim kimi neçə-neçə insan separatçı dəstənin şəxsi ambisiyasının qurbanı oldu, onun haqsız əməllərinin güdazına getdi. Lakin Azərbaycanın mərd oğulları bütün bu çətinliklərə sinə gərərək, cinayətkar dəstələri məhv etdi. 23 avqust 1993-cü ildə keçirilən əməliyyatda qəlbi Vətənə, xalqa sədaqətlə dolu olan Soltanağa Bayramov da öz vətənpərvərlik borcunu ləyaqətlə yerinə yetirdi, quldurlar hərbi hospitala hücum edərkən onlara ciddi müqavimət göstərdi. Lakin döyüşdə onun ömrü qırıldı. O, faciəli surətdə həlak oldu.
Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilmiş və büstü qoyulmuşdur.Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Mənbə : Milliqahramanlar.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”