Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6885

Digər sorğular

“BakuBuild” sərgisində dünyanın 30 ölkəsindən 535 şirkət iştirak edəcək

02:00  |    21 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

“BakuBuild-2015” regionda ən böyük tədbirlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Ekspo Mərkəzində oktyabrın 21-dən 24-dək keçiriləcək “BakuBuild-2015” 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisinə həsr olunmuş mətbuat konfransında İTE Qrup şirkətinin icraçı direktoru Edvard Stroon bildirib.

Sərginin əhəmiyyətindən söz açaraq E.Stroon iştirakçıların sayının ilbəil artdığını vurğulayıb. Onun sözlərinə görə, sərgi ölkənin inkişafının barometri, onun tərəqqisinin əyani göstəricidir.

E.Stroon diqqətə çatdırıb ki, builki sərgidə dünyanın 30 ölkəsindən 535 şirkət iştirak edir, onların da 50 faizi xarici şirkətlərdir. “BakuBuild” sərgisinin ənənələrindən biri də milli stendlərin fəal iştirakıdır. Belə ki, bu il 7 ölkə öz milli pavilyonlarını təqdim edir. Həmin ölkələr arasında sərginin daimi iştirakçıları - Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ, eləcə də debütantlar - Çexiya və Hindistan yer alır.

Azərbaycan bazarına həmişəki kimi böyük maraq göstərən Türkiyə istehsalçıları sərgidə iştirak üçün geniş sahəyə malikdirlər. Bütün dünyada iqtisadi vəziyyətin mürəkkəb olmasına baxmayaraq, “BakuBuild” sərgisinin tərkibi yeni şirkətlər sayəsində daha da zənginləşib.

“BakuBuild” sərgisinin meneceri Maya Qafarlı deyib ki, sərgi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

M.Qafarlı sərgidə nümayiş etdirilən məhsulların əvvəlki illərlə müqayisədə çeşidinin artdığını və yalnız bu il dünya bazarına daxil olacaq bir sıra yeni məhsulların təqdim olunacağını bildirib.

Sərginin təşkilatçısı qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Prezident FƏRMAN imzaladı
27.05.2020
190 manatlıq yardım yenidən verilə bilər? - AÇIQLAMA
26.05.2020
Manat üzərindən “qara buludlar” çəkildimi?
25.05.2020
Məşhur iqtisadçıdan dünyanı narahat edəcək xəbərdarlıq: "Ən az 10 il davam edəcək"
23.05.2020
Tibbi maska və əlcəklərlə bağlı qərara dəyişiklik edildi