Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6520

Digər sorğular

Nazirlik daha 100 müharibə əlili və onlara bərabər tutulanlara avtomobil verdi - VİDEO

20:02  |    19 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Çingiz Əliyev: “Keçən il və cari ilin ötən dövründə 1830 nəfərdən çox imtiyazlı şəxs dövlət tərəfindən minik avtomobili ilə təmin olunub”

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı istiqamətində tədbirlərini uğurla davam etdirir. Bu barədə QAZİLER.AZ saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat daxil olub. Məlumatda deyilir ki, nazirlik dekabrın 19-da bu təbəqələrdən olan daha 100 nəfərə (60 nəfər Qarabağ müharibəsi, 15 nəfər Böyük Vətən müharibəsi, 2 nəfər 20 Yanvar, 13 nəfər Çernobıl AES əlilinə və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 10 nəfər şəxsə) “Naz-LİFAN” markalı minik avtomobillərini təqdim edib.




Avtomobillərin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bununla artıq ötən aydan etibarən 300 nəfərin minik avtomobili ilə təmin olunduğunu bildirib: “Ümumilikdə keçən il və cari ilin ötən dövründə 1833 nəfər müharibə əlilinə və onlara bərabər tutulan şəxsə dövlət büdcəsi hesabına minik avtomobili verilib. Ölkəmizdə sosial təminat sisteminin bütün sahələrində olduğu kimi, bu sahədə də mühüm addımların atılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinə, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğısının əməli təsdiqidir. Məhz bu diqqət və qayğı qeyd olunan insanların həm avtomobillə, həm də mənzillə təminatı işlərinin sürətlənməsinə, ümumən əlilliyi olan şəxslərin maddi təminatlarının gücləndirilməsinə imkan yaradıb”. Xidmət rəisi avtomobillə təmin edilən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sayının artıq 5650 nəfərə yaxın olduğunu da diqqətə çatdırıb.




Tədbirdə iştirak edən əlil ictimai birliklərinin nümayəndələri ölkəmizdə sosial cəhətdən həssas qruplardan olan insanların təminatının gücləndirilməsi yönündə görülən işlərin ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını qeyd ediblər. Onlar bildiriblər ki, bu kimi tədbirlər ölkədə uğurla gerçəkləşdirilən sosialyönümlü siyasətin növbəti əyani nümunəsidir və respublikada sosial firavanlığın təminatına yönələn bu siyasət uğurla davam etdirilir. Təsadüfi deyil ki, möhtərəm dövlət başçımız respublika hökumətinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır”, deyə vurğulayıb.

Müharibə əlilləri və onlara bərabər tutulan şəxslər onlara yeni avtomobillərin təqdim olunmasından sonsuz sevinc hissi keçirdiklərini bildirərərək, göstərilən bu böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.




Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
Gələn il pensiyaların məbləği bu qədər olacaq - Nazir açıqladı
17.10.2019
Nazir: "Gələn il pensiyalar yenidən artırılacaq"
17.10.2019
Bu gün beş rayonun qaz təchizatında fasilələr olacaq
16.10.2019
“Azəriqaz”: Payız-qış mövsümünə hazırıq
15.10.2019
Yeni sahələr üzrə peşə hazırlığı kurslarına qeydiyyat davam edir