Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6655

Digər sorğular

Metyu brayza: Prezidentlərin görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə hələ ki nətic ə verməyəcək

18:45  |    19 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan və Ermənistan Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qarşıdakı görüşü heç bir nəticə verməyəcək. Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Onun sözlərinə görə, qarşıdakı görüşdən sonra münaqişənin nizamlanmasında sıçrayış gözləməyə dəyməz: “Tərəflər arasında etimad olmayanadək sülhə nail olmaq mümkün deyil. Görüşün nəticə verəcəyinə dair heç bir şans görmürəm, lakin etimadın yaradılmasına başlamaq üçün görüş baş tutmalıdır ki, bu da özlüyündə çətin və uzun prosesdir”.

M.Brayza qeyd edib ki, Rusiya münaqişənin həllində maraqlı deyil, onu tərəflərə manipulyasiya etməyə imkan verən “nə sülh, nə də müharibə” vəziyyəti qane edir: “Rusiyaya da müharibə lazım deyil. Hazırda irəliləyiş üçün şanslar yoxdur”.

Diplomat əlavə edib ki, Azərbaycan mövcud vəziyyətdə ölkənin möhkəmləndirilməsi kursunu davam etdirməli¸ bəzi islahatlar aparmaq, iqtisadiyyatın səmərəliliyini gücləndirmək üçün neftin qiymətlərinin azalması dövründən istifadə etməlidir: “Azərbaycan insanların həyat səviyyəsinin yaxşılaşdığı uğurlu, müstəqil, zəngin ölkədir. Azərbaycan möhkəmlənməyə davam etməlidir”.

M.Brayza diqqətə çatdırıb ki, Ermənistan indiki vəziyyətdə Rusiyadan, rus sərmayələrindən və energetikasından asılılığını azaltmalıdır: “Rusiya Ermənistanın bütün əsas infrastrukturuna sahibdir ki, bu da Sarkisyanın bu ölkə qarşısında mövqeyini çox zəif edir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.01.2020
Deputatlığa namizədlərin təbliğat fotoları: Niyə əksəriyyət “əliqoynunda” dayanır
20.01.2020
Bakıda oğurluq qaz sayğacları quraşdırılır - “Azəriqaz” rəsmisi xəbərdarlıq etdi
20.01.2020
Azərin: Qazilərimizi, şəhidlərimizi unutmadıq, unutmayacağıq - VİDEO
20.01.2020
20 Yanvar əlili: Mixail Qorbaçov bu qırğına görə cinayət məsuliyyətinə cəlb olunmalıdır
20.01.2020
Sabahın hava proqnozu açıqlanıb