Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6659

Digər sorğular

Məktəbəhazırlıq qruplarının şəbəkəsi genişləndirilib

18:23  |    19 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib. Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.


Azərbaycan Təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində bir sıra məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Bu il isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin şəbəkəsi genişləndirilib.

Belə ki, hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 124 məktəbdə (Binəqədi rayonu üzrə 100, 143, 144, 157, 246, 284, 300, Nərimanov rayonu üzrə 34, 36, 39, 45, 47, 57, 212, 258, Nəsimi rayonu üzrə 5, 19, 35, 46, 54, 111, 159, 164, 240, 16 THL, Nizami rayonu üzrə 10, 32, 62, 70, 129, 201, 210, 220, 229, 238, 250, 272, Pirallahı rayonu üzrə 168, 235, Qaradağ rayonu üzrə 110, 233, 274, 288, 294, 319, 320, 321, Sabunçu rayonu üzrə 68, 71, 75, 80, 96, 108, 112, 128, 142, 148, 155,187, 188, 252, 255, 307, 310, Səbail rayonu üzrə 7, 51, Suraxanı rayonu üzrə 84, 87, 89, 101, 104, 114, 140, 141, 146, 226, 232, 270, 275, 279, 281, 282, 285, 290, 316, 317, 318, 327, Xətai rayonu üzrə 17, 24, 29, 48, 56, 58, 59, 64, 95, 138, 165, 191, 204, 221, 245, 257, 263, 264, 265, Xəzər rayonu üzrə 117, 119, 120, 121, 123, 124, 125, 156, 181, 183, 234, 322, Yasamal rayonu üzrə 18, 20, 53, 60, 153) fəaliyyət göstərəcək.

Məktəbəhazırlıq qrupları noyabrın 2-dən mayın 31-dək davam edəcək. Həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müəyyən bilikləri əldə etməsidir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

Qeyd edək ki, 2016-cı il dekabr ayının 31-dək 6 yaşı tamam olan uşaqlara məktəbəhazırlıq qruplarını bitirəndən sonra rəsmi sənəd – sertifikat veriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.01.2020
Qar yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
23.01.2020
“26 il idi ki, qəbrini axtarırdıq” - Kimliyi bilinən şəhidin qardaşı
23.01.2020
Azərbaycanda qəndə ağardıcı maddə qatan xarici vətəndaş ifşa olunub
23.01.2020
Sabahın hava proqnozu
23.01.2020
Qənirə Paşayeva Qovlar şəhərində seçiciləri ilə görüşdü - FOTOLAR