Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6704

Digər sorğular

Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib - VİDEO

18:15  |    19 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib.


Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, hərbi andı qəbul etmələri münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2010-cu ilin avqust ayının 10-da akademiya kompleksinin açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırlandığı mərasimdə qeyd olunub ki, Vətənə sədaqət andı içən kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün akademiyada bütün şərait yaradılıb, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyət formalaşıb.

Akademiyanın zabit-gizir, professor-müəllim heyəti gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün bütün bilik, təcrübə və bacarıqlarını sərf edirlər.

Gənc kursantlar adından çıxış edənlər hərbi biliklərə dərindən yiyə­lə­nə­cək­lə­ri­nə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına söz veriblər.

Tədbirdə çıxış edən valideynlər övladlarının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları ilə fəxr etdiklərini bildirib, gənc kursantlara dövlə­timizə və xalqımıza sadiq, mətin, mərd və qürurlu zabit kimi yetişərək Vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulayıblar.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2020
Qubad İbadoğlunun döyülən qızına cinayət işi açıldı - VİDEO
20.02.2020
Neftçalanın icra başçısını bitirən səbəblərdən biri - VİDEO
20.02.2020
İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO
20.02.2020
Əsas yollarda sürət həddi endirildi
20.02.2020
Hədəfdəki növbəti icra başçısı – Bu gün həbs olunan İsmayılovun qaynı