Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Dağlıq Qarabağ münaqişəsi ölkənin əsas problemidir - SORĞU

17:38  |    19 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Fransanın “Opinionway” yenilikçi araşdırma şirkəti 2015-ci il parlament seçkiləri ərəfəsində Azərbaycanda ictimai rəy sorğusu keçirib. Sorğuda Azərbaycan vətəndaşı olan yetkinlik yaşına çatmış 1200 nəfər arasında aparılıb.

APA-nın şirkətin saytına istinadən verdiyi məlumata görə, sorğuda iştirak edən respondentlərin 58%-i hazırda Azərbaycanda işlərin düzgün istiqamətdə aparıldığını qeyd edib. Səhv istiqamətdə deyənlərin sayı 22,9%-dir. 19,1 %-i isə suala cavab vermək istəməyib.

“Son illər Azərbaycan iqtisadiyyatının vəziyyəti necə dəyişməkdədir” sualına respondentlərin 54,1%-i “Yaxşılaşır”, 28,2%-i “Dəyişmir”, 9,3%-i “Pisləşir” cavabını verib. Respondentlərin 8,4%-i suala cavab verməyə çətinlik çəkib.

“Aşağıda qeyd edilən sahələrin hazırkı vəziyyətindən siz nə qədər razısınız” sualına respondentlərin cavabları belə olub:

- Milli təhlükəsizliyin təmin olunması – 71,4% “Çox razıyam”, 10,8% – “Razı deyiləm”, 17,8% – “Bilmirəm”
- Cinayətkarlıqla mübarizə - 68,4% - “Çox razıyam”, 16,9% – “Razı deyiləm”, 14,7% – “Bilmirəm”
- İnsan haqlarının vəziyyəti - 69,8% - “Çox razıyam”, 12,5% – “Razı deyiləm”, 17,7% – “Bilmirəm”
- Təhsilin səviyyəsi - 48,8% - “Çox razıyam”, 41,3% – “Razı deyiləm”, 9,9% – “Bilmirəm”
- Korrupsiya ilə mübarizə - 71,2% “Çox razıyam”, 18,1% – “Razı deyiləm”, 10,7% – “Bilmirəm”
- İş əldə etmək imkanları – 51.8% “Çox razıyam”, 11,8% – “Razı deyiləm”, 18,2% – “Bilmirəm”

“Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən nə dərəcədə razısınız” sualına respondentlərin 50,8%-i “Çox razıyam”, 21,9 %-i “Qismən razıyam”, 14,7 %-i – “Razı deyiləm”, 12,6 %-i isə “Bilmirəm” cavablarını verib.

“Prezident İlham Əliyevin Prezident kimi öz vəzifələrinin icrası sizi nə dərəcədə qane edir” sualını cavablandıran respondentlərin 78,8 %-i “Çox qane edir”, 11,8 %-i – “Qismən qane edir”, 5 %-i – “Qismən qane etmir”, 2,9 %-i – “qətiyyən qane etmir” cavablarını qeyd edib. 1,5 % respondent “bilmirəm” cavabı verib.

Suala 2 cavab qeyd etmək imkanında olan respondentlər “Fikrinizcə, Azərbaycanda hazırda mövcud olan ən vacib problemlər hansılardır” sualına bu cavabları veriblər:

- Dağlıq Qarabağ - 66,5 %,
- İqtisadi – 30,8 %,
- Təhsil - 23,3 %,
- Ətraf mühit – 11,7 %,
- İnsan haqları – 9,0 %,
- Vergilərin çoxluğu – 8,5 %,
- Milli təhlükəsizlik – 1,7 %,
- Bilmirəm – 6,3 %

1 noyabrda keçiriləcək Milli Məclisə seçkilər ərəfəsində aparılan seçki kampaniyası "Sizin üçün nə dərəcədə maraqlıdır" sualına respondentlərin cavabları belə olub:

- Çox maraqlıdır - 41,2 %,
- Qismən maraqlıdır - 35,3 %,
- Demək olar ki, maraqsızdır - 9,6 %,
- Heç maraqlı deyil - 11,5 %,
- Bilmirəm - 2,4 %

Sorğuya qatılan respondentlərin 63%-i 1 noyabr seçkilərində mütləq iştirak edəcəyini, 12 %-i – ola bilsin ki, iştirak edəcəyini, 7,7 %-i ola bilsin ki, iştirak etməyəcəyini, 9 %-i isə qətiyyən iştirak etməyəcəyini bildirib. 8,3 % isə bu barədə hələ qərar vermədiyini deyib.

“Yaşadığınız seçki dairəsindən seçilmiş deputatın öz vəzifələrinin icrası sizi nə dərəcədə qane edir” sualına 39,6 % Tam qane edir, 33,8 % – qismən qane edir, 10,8 % – qismən qane etmir, 9,8 %-i – qətiyyən qane etmir, 6 %-i isə bilmirəm cavablarını verib.


“Milli Məclisə keçiriləcək seçkilərdə hansı siyasi qüvvənin namizədini dəstəkləmək fikrindəsiniz” sualını respondentlər aşağıdakı cavabları veriblər:
- İqtidar və ya iqtidaryönlümü partiyanın namizədini - 71,7 %
- Müxalifət partiyasının namizədini - 6,0%
- Bitərəf namizədi - 16,4%
- Bilmirəm - 5,9%

Respondentlərin 71 %-i “Milli Məclisə keçirilən son seçkilərdən sonrakı dövrə baxaraq eyni deputatın seçilməsini, 22,3 %-i - başqa bir deputatın seçilməsini istəyir. 6,7 % respondent isə suala cavab verməyə çətinlik çəkib.

“Sizin əsas məlumat mənbəyiniz hansılardır” sualına respondentlər aşağıdakı cavabları veriblər:
- İqtidaryönlü qəzetlər – 31,1 %
- Müxalifətyönlü qəzetlər - 11%
- Müstəqil qəzetlər - 28,4%
- Azərbaycan Televiziyası (AzTV) - 41,0%
- İctimai kanal - 38,3%
- Özəl televiziya kanalları - 67,9%
- Dövlət radio dalğaları - 17,4%
- Özəl radiolar - 9,5%
- İnternet - 35,8%
- Müxtəlif insanlar - 24,4%.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq