Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Müdafiə naziri Dünya Oyunlarında iştirak edən hərbçi-idmançılarımızla görüşüb

00:13  |    18 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) hərbçilərin VI Dünya Oyunlarında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb.

QAZILER.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançıları, məşqçiləri və mütəxəssisləri təbrik edib. Hərbi idmançılarımızın bu uğurunu yüksək qiymətləndirən nazir Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu vurğulayıb.

Qələbədə əməyi olan idmançı, məşqçi və mütəxəssisləri təbrik edən müdafiə naziri bundan sonra da Silahlı Qüvvələrdə idmana daha çox diqqət ayrılacağı, yeni tikilən hərbi şəhərciklərdə idman komplekslərinin inşa ediləcəyini də diqqətə çatdırıb.
Gələcəkdə keçiriləcək beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməyi idmançılara arzu edən Müdafiə naziri qələbədə zəhməti keçənlərə təşəkkür edərək onlara qiymətli hədiyyələr təqdim edib. Sonda xatirə fotosu çəkilib.



Xatırladaq ki, yarışlarda Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi, cüdo və taekvando idman növləri üzrə komandaları təmsil ediblər. Ümumiyyətlə 120 ölkədən 8100 idmançının iştirak etdiyi hərbçilərin VI Dünya Oyunlarında Azərbaycan təmsilçiləri 12 medal qazanaraq (2 qızıl, 4 gümüş və 6 bürünc) ümumi hesabda komandamız 15-ci yeri tutub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”