Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6704

Digər sorğular

Köçkün ailəyə zülm edən şəxs - Deputatın kürəkəni imiş

22:09  |    17 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Bir neçə gün öncə məcburi köçkün ailəyə bir tikinti şirkəti sahibi tərəfindən olmazın zülmlərin edilməsi, dələduzluq yoluyla evlərinin əlindən alınması, hansısa gözə dörünməz qüvvələrin bütün aidiyyəti qurumlara təsiri nəticəsində hüquqlarını qoruya bilməməsi barədə geniş yazı yayımlamışdıq.

Yazıda qeyd olunurdu ki, Zəngilanda ermənilər tərəfindən evləri yağmalanan ailənin Bakıda məskunlaşdığı yurd-yuvanı "Kapitol" şirkətinin rəhbəri Abbas Səfərov yerlə yeksan edib (Məsələ barədə Qaziler.az saytında AzNews.az-ın araşdırmasını BURADAN oxuyun).

Yazı tirajlanandan sonra 10 ildir bir ailəni küçələrdə qoyan, onların müraciət etdiyi instansiyaları hansısa üsullarla ram etməyi bacaran şirkət rəhbərinin kimliyi barədə ilginc məlumat əldə edilib. AzPolitika.info saytının araşdırması nəticəsində məlum olub ki, Abbas Səfərov deputat Eldar Quliyevin kürəkənidir, məhz onun sayəsində bu ədalətsizliyə və qanunsuzluğa yol verə bilir. Sayt iddia edir ki, o, qayınatasının hesabına qanunlara qarşı “toxunulmazlıq” əldə edə bilib. Məlumata görə Abbas Səfərovun Eldar Quliyevin qızı ilə izdivacı onun ikinci evliliyidir.
İstisna deyil ki, “Kapitol” tikinti şirkətinin əsl sahibi elə Eldar Quliyevdir.

Qeyd edək ki, millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev 28 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizəddir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.02.2020
Qubad İbadoğlunun döyülən qızına cinayət işi açıldı - VİDEO
20.02.2020
Neftçalanın icra başçısını bitirən səbəblərdən biri - VİDEO
20.02.2020
İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO
20.02.2020
Əsas yollarda sürət həddi endirildi
20.02.2020
Hədəfdəki növbəti icra başçısı – Bu gün həbs olunan İsmayılovun qaynı