Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Dövlət Müstəqilliyi Günü ilə bağlı sərgi nümayiş olunub

22:38  |    16 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


Oktyabrın 16-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycanın Dövlət Müstəqilliyinin 24-cü ildönümünə həsr olunmuş “Çiçəklənsin doğma Vətən!” adlı sərgi nümayiş olunub.


AZƏRTAC xəbər verir ki, sərgidə tanınmış fotoqraf Tahir Cəfərovun müstəqil Azərbaycanı əks etdirən 30-dan çox fotoşəkli sərgilənib.

Muzeyin direktoru Fəridə Şəms istedadlı fotoqraf Tahir Cəfərovun 1990-cı il yanvarın 20-də Bakıda komendant saatı elan olunan zaman öz fotokamerası ilə çəkilişlər apardığını, 20 Yanvar faciəsinə həsr olunmuş 200-dən çox şəkil çəkdiyini və onların bir hissəsini İstiqlal Muzeyinə təhvil verdiyini bildirib.

Tədbirdə tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərli XX əsrdə iki dəfə xalqımızın müstəqillik əldə etdiyini, gənc, müstəqil Azərbaycan Respublikasının 23 ay yaşadığını və xarici istilaların zərbəsinə dözə bilmədiyini söyləyib.

Müstəqillik tarixindən geniş danışan natiq xalqın iradəsinin yenilmədiyini, XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etdiyini bildirib. Lakin bu müstəqilliyin bizə baha başa gəldiyini, keçmiş sovet ordusunun 1990-cı il 20 Yanvar faciəsi zamanı yüzlərlə gənc Azərbaycan oğlunu qətlə yetirdiyini vurğulayıb.

O günlərin dəhşətlərini yada salan Tahir Cəfərov istiqlal bayrağını ucaldan şəhidlərin xatirəsinin xalqın hafizəsində daim yaşayacağını söyləyib.

Rəssamlıq Akademiyasının tələbələrinin, Milli Qvardiyanın əsgərlərinin, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Təhsil Nazirliyi Təhsil alan Gənclərin Respublika Yaradıcılıq Evinin özfəaliyyət kollektivi kompozisiya ilə çıxış edib.

Kompozisiyada vətənpərvərlik mövzusunda əsərlər səsləndirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq