Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

“AZƏRBAYCANLILAR” TARİXİ-ETNOQRAFİK CİLDİ NƏŞRƏ HAZIRLANIR

20:45  |    16 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun QAZİLER.AZ-a verdiyi məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Rusiya EA-nın Etnologiya və Antropologiya İnstitutunun dünya xalqları barədə “Xalqlar və mədəniyyətlər” çox cildlik seriyasının nəşri kontekstində rus dilində “Azərbaycanlılar” (“Азербайджанцы”) adlı cildinin hazırlanma işinin gedişatı müzakirə edildi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova müzakirəni giriş sözü ilə açaraq bildirdi ki, Rusiya EA-nın Etnologiya və Antropologiya İnstitutu tərəfindən dünya xalqları barədə tarixi-etnoloji cild seriyasının yaradılmaqdadlr. Bu kontekstdə Rusiya EA-nın Etnologiya və Antropologiya İnstitutu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna Azərbaycan xalqının tarixi və etnoqrafiyasına aid “Azərbaycanlılar” adlı cildin hazırlanması üçün müraciət etmişdir. M. Rəhimova xüsusi vurğulamışdır ki, göstərilən cild Azərbaycan xalqının tarixi ərazilərini və etnoqrafiyasını, maddi və mənəvi dəyərlərinin rusdilli elmi məkanda tanıdılması üçün olduqca böyük əhəmiyyətə malikdir. Ona görə də, İnstitutun əməkdaşları Azərbaycan xalqının tarixi və etnoqrafiyası barədə onlara tövsiyə edilən bölmələrin yazılmasına və redaktəsinə xüsusi diqqət və məsuliyyətlə yanaşmalıdırlar.



Mövzu ilə əlaqədar çıxış edən Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, akademik Teymur Bünyadov və İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Əliağa Məmmədli qeyd etmişlər ki, “Azərbaycanlılar” cildinin strukturu və əsas bölmələri artıq müəyyən edilmiş və bu bölmələr üzərində iş davam etməkdədir. İnstutun əməkdaşları ilə yanaşı cildin müəyyən bölmələrinin yazılması kimi məsuliyyətli işə digər İnstitut, elm və ali təhsil ocaqlarından mütəxəssislər də cəlb edilmişlər.

Müzakirələr zamanı qeyd edilmiş cildin hər bir bölməsinin yazılmasına məsul olan İnstitut əməkdaşlarının məlumatları dinlənildi, mövzu üzrə fikir mübadiləsi aparıldı.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.01.2020
“Azəriqaz” rəhbərliyi şimal bölgəsində vətəndaşları qəbul edəcək
23.01.2020
Qar yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
23.01.2020
“26 il idi ki, qəbrini axtarırdıq” - Kimliyi bilinən şəhidin qardaşı
23.01.2020
Azərbaycanda qəndə ağardıcı maddə qatan xarici vətəndaş ifşa olunub
23.01.2020
Sabahın hava proqnozu