Azərbaycanda daha 12 rayon və şəhərdə müəllimlərin bilik və bacarıqlarının diqnostik qiymətləndirilməsinin keçirilməsi tarixləri müəyyənləşdirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ilk sınaq qiymətləndirmə Masallı Olimpiya İdman Kompleksində 28-30 noyabrda Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək.
Dekabrın 4-7-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 11-12-də Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində imtahan verəcəklər. Dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.
Qeyd edək ki, 2016-cı ilin yanvarından adı çəkilən rayon və şəhər müəllimlərinin əmək haqlarının artırılması planlaşdırılır.
Sosial şəbəkələrdə paylaş
loading...
Bölməyə aid digər xəbərlər
21.01.2021 |
Umayra Tağıyevadan qar açıqlaması |
21.01.2021 |
20 Yanvar gecəsi fişəng atan şəxs saxlanılıb |
21.01.2021 |
Qənirə Paşayeva şəhid Orxan Emnalıyevin ailəsi ilə görüşüb |
21.01.2021 |
Ölkə əhalisinin sayı açıqlandı |
21.01.2021 |
Ötən il 3106 əkiz, 117 üçəm doğulub |