Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Azərbaycanda qızıl hasilatı 25% artıb

17:52  |    16 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 1 682,2 kq qızıl hasil olunub.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% çoxdur. Cari ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 60,6 kq təşkil edib.

Rəsmi statistika ölkədə gümüş hasilatında əksinə, azalma olduğunu göstərir. Belə ki, istehsal 65,6% azalaraq cari ilin ilk doqquz ayı ərzində 74,7 kq olub.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda qızıl hasilatı illik müqayisədə 15,6% artaraq 1 872,5 kq təşkil edib.

Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
İyun ayı üçün 190 manatla bağlı qərar verildi
02.06.2020
Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirildi
31.05.2020
Dolların sabaha olan məzənnəsi
31.05.2020
Mübarizin “Palmali Holding"i müflis elan edildi
30.05.2020
Azərbaycanda turizm mövsümünün yenidən açılacağı vaxt bilindi - RƏSMİ