Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6570

Digər sorğular

Tehranda İranın Suriya ilə bağlı planı müzakirə olunacaq

04:32  |    15 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

İranın regiondakı böhranlar, xüsusi ilə Suriyadakı böhranın həlli üçün təqdim etdiyi təkliflər tam razılaşdırıldıqdan sonra siyasi plan kimi təqdim olunacaq. Bunu İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşündən sonra jurnalistlərə deyib. Bu barədə Trend İranın "tasnimnews" agentliyinə istinadən məlumat verir.

H.Əmirabdullahian deyib ki, gələn həftə Suriyanın Xarici İşlər nazirinin müavini Feysəl Miqdad İrana səfər edəcək və Tehranda bu layihə haqqında danışıqlar aparılacaq: “Avropa İttifaqının ali nümayəndəsi, Rusiya prezidenti və XİN-i və regiondakı bəzi dostlarımızla apardığımız müzakirələrin nəticəsi olaraq, təkliflərimiz siyasi bir plan kimi təqdim olunacaq və detallar açıqlanacaq”.

H.Əmirabdullahian deyib ki, Suriyanın hazırkı böhrandan çıxış yolu üçün İranın təkliflər paketi xarici işlər naziri Məhəmməd Cavad Zərifin Suriyaya son səfərində bu ölkənin prezidenti Bəşər Əsədə təqdim olunub.

İranın XİN başçısının müavininin sözlərinə görə, həm Avropa Birliyi və həm də fikir mübadiləsi aparılan digər tərəflər Suriya böhranının həllində maraqlıdırlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.11.2019
Hitlerin xanımının əşyaları hərracda - Yəhudilər etiraz etdi
20.11.2019
Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək
20.11.2019
“Amnesty International”: İranda 106 nəfər etirazçı öldürülüb
19.11.2019
Türkiyədən ABŞ və Rusiyaya: Siz məsuliyyət daşıyırsınız!
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq