Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6949

Digər sorğular

Suriyada daha iki İran generalı həlak oldu

02:28  |    15 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Suriyadakı döyüşlərdə İran silahlı qüvvələrinin daha iki generalı həlak olub.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda İranın “Tasnim” agentliyi məlumat yayıb. Məlumata əsasən general-mayor Fərşad Hasunizadə və briqada generalı Həmid Möhtərbənd oktyabrın 12-də gedən döyüşlərdə həlak olublar. Onların hər ikisi İnqilab Keşikçiləri Korpusunda xidmət edirdi.

Generalların Suriyanın hansı ərazisində həlak olduğu xəbər verilmir, məlum olanı ancaq budur ki, onlar “İslam Dövləti” terrorçu qruplaşması ilə gedən döyüşlərdə həlak olublar.

Bu arada “Röyter” xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun minlərlə döyüşçüsü və Bəşər Əsədə sadiq ordu qüvvələri Rusiya aviasiyasının dəstəyi ilə Hələb istiqamətində irimiqyaslı hücuma keçiblər.

Xatırladaq ki, oktyabrın 8-də Hələb yaxınlığında İran ordusunun generalı Hüseyn Həmədani həlak olmuşdu. Həmədani Əsəd qüvvələrinə İŞİD-ə qarşı hücum əməliyyatlarını təşkil etməkdə kömək göstərirdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 5300-ə çatıb
09.07.2020
Yerevanda etiraz aksiyası: "Baş nazir xalqa qarşıdır"
09.07.2020
Parisdə çirkab sularında yenidən koronavirus aşkarlanıb
09.07.2020
Koronavirusa qarşı yeni dərmanlar tapılıb
09.07.2020
Bu ölkədə koronavirusa yoluxanları itlər tapır