Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Rusiya XİN: “Qarabağ münaqişəsinin həlli prioritetlərimizdən biri olaraq qalır”

20:52  |    14 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


Mariya Zaxarova: "Münaqişənin eskalasiyası yolverilməzdir"

"Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasət prioritetlərindən biri olaraq qalır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə çıxış edib.

O, Qarabağ nizamlanmasının Rusiya XİN başçısı Sergey Lavrovun xarici həmkarları ilə müzakirə etdiyini söyləyib: "Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bir qədər əvvəl, BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə həmsədrlərin bu ay regiona baş tutacaq səfəri öncəsi münaqişənin nizamlanmasına dair praktik məsələlər, habelə ATƏT-in Minsk qrupunun fəaliyyətinin koordinasiyası müzakirə olunub. Təəssüf ki, münaqişə zonasında baş verən gərginlik, itkilərin çoxalması, o cümlədən mülki əhali arasında ölüm halları siyasi dialoqun bərpasını daha da çətinləşdirir. Münaqişənin eskalasiyası yolverilməzdir. Tərəfləri güc tətbiq etməkdən imtina etməyə, güzəştlər üçün lazım olan siyasi iradə göstərməyə çağırırıq".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.11.2019
KİV: İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
19.11.2019
Erməni səfir Qarabağın “bayrağı”na izn vermədi
19.11.2019
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
19.11.2019
Almaniyadan İrandakı aksiyalarla bağlı çağırış
19.11.2019
Sarkisyan Aprel döyüşlərinə görə sorğu-sual ediləcək