Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6561

Digər sorğular

Vladimir Putin: “Türkiyənin narahatlıqlarını birgə işimizdə nəzərə almağa hazırıq”

03:00  |    14 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

“Türkiyə Rusiyanın prioritet tərəfdaşlarından və yaxşı dostlarından biridir. Terrorçuluğa qarşı mübarizədə qarşılıqlı münasibətləri necə qurmaq barədə düşünmək lazımdır”.


APA-nın APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Rusiya çağırır" adlı investisiya forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Rusiyanın uzun illərdir Türkiyə ilə çox mehriban münasibətləri var:

“Türkiyə bizim böyük ticarət və iqtisadi tərəfdaşlarımızdan biridir. Təkcə bizim tikinti bazarına baxmaq kifayətdir, son illər bu, milyardlarla ölçülür. Son dövrlər Türkiyənin tikinti firmaları bizim tikinti bazarında 12 milyard dollar əldə edib. Rusiya isə Türkiyəyə böyük həcmdə enerji resursları ixrac edir. Bu ölkədə Rusiyanın böyük enerji və kənd təsərrüfatı layihələri var. Türkiyənin həm kürd faktoru, həm də terrorla mübarizədə çoxlu narahatlıqları var. Biz bunu başa düşürük və sözsüz ki, birgə işimizdə nəzərə almağa hazırıq. Hazırda hərbi qurumlar səviyyəsində əlaqələrimiz mövcuddur. Ümid edirəm ki, bu əlaqələr koordinasiyanın qurulmasına gətirib çıxaracaq. Bu işi ABŞ-la da siyasi səviyyədə qurmaq lazımdır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.11.2019
"Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi
14.11.2019
Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib- SİYAHI
14.11.2019
Rəcəb Tayyib Ərdoğan: Türkiyə “Patriot”ları ala bilər, amma S-400-ü də alacaq
14.11.2019
Müdafiə naziri Rusiyanı düşmən adlandırdı
14.11.2019
Almaniyada miqrant alveri ilə məşğul olan iki azərbaycanlı saxlanılıb