Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Latviya suriyalı qaçqınlara yardım üçün 150 min avro ayıracaq

00:00  |    14 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Latviya Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış sərəncam layihəsinə görə, suriyalı qaçqınlara yardım göstərmək və Afrikada miqrasiya və tranzit mənbəyi olan ölkələrlə əməkdaşlığı təşviq etmək məqsədilə ölkə büdcəsinin “Nəzərdə tutulmayan hallar üçün vəsait” proqramından 150 min avro vəsait ayrılması planlaşdırılır. Latviya hökuməti bu layihəyə çərşənbə axşamı baxacaq .

Sentyabrın 23-də Avropa Şurasının növbədənkənar iclasında Aİ-nin müvafiq strukturlarına və ölkələrin hökumətlərinə birgə müraciət qəbul edilib. Müraciətdə Avropa Şurasının oktyabrın 15-16-da keçiriləcək iclasına qədər təcili tədbirlər görülməsi və əməliyyat qərarları qəbul edilməsi nəzərdə tutulur.

Ölkələrin və hökumətlərin liderlərinin fikrincə, BMT-nin qaçqınlar məsələləri üzrə Ali Komissarlığına (UNHCR), Dünya Ərzaq Proqramına (WFP) və digər agentliklərə azı bir milyard avro məbləğində əlavə vəsait ayrılması, suriyalı qaçqınlarla bağlı böhranın aradan qaldırılmasında Livan, İordaniya, Türkiyə və digər ölkələrin dəstəklənməsi, Suriyada böhranla əlaqədar Aİ-nin Regional İnvestisiya Fondunun (Madad Fondu) genişləndirilməsi, Aİ-nin Afrikada sabitliyin təmin edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması üzrə fövqəladə fondu üçün maliyyələşdirmənin artırılmasının təcili həll edilməsi tələb olunan, Aİ ölkələri və hökumətləri tərəfindən maliyyə dəstəyi tələb edən məsələlərdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb