Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Yaponiya hökuməti aerodromun inşasına hazırlığı davam etdirəcək

21:40  |    13 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


Yaponiya hökuməti Okinavada ABŞ hərbi bazası üçün aerodromun inşasına hazırlığı davam etdirmək niyyətindədir. Bu barədə bəyanatla çıxış edən Nazirlər Kabinetinin baş katibi Yoşohide Suqa bildirib ki, yerli administrasiyanın həmin məqsədlə ərazi ayrılması barədə qərarının ləğvi bunu dayandıra bilməyəcək.

Xəbər verdiyimiz kimi, Okinava prefekturasının qubernatoru Takeşi Onaqa Naqo şəhəri yaxınlığındakı Henoko qəsəbəsində ABŞ hərbi-hava qüvvələrinin yeni aerodromunun inşasına icazəni rəsmi şəkildə ləğv etdiyini və bu barədə xəbərdarlıq məktubunu Müdafiə Nazirliyinə göndərdiyini bildirmişdi.

Brifinqdə mövzu ilə bağlı sualı cavablandıran Y.Suqa vurğulayıb ki, yerdəyişmə ilə əlaqədar işlərin davam etdirilməsində heç bir dəyişiklik yoxdur. Hökumət mövcud qanunvericiliyə uyğun olaraq, yerli təbii şəraiti və sakinlərin təhlükəsizliyini əsas götürərək işlərin davam etdirilməsində israrlıdır.

Okinava rəhbərliyinin qərarı ilə bağlı çox təəssüfləndiyini qeyd edən Y.Suqa bildirib ki, yerli rəhbərlik Qinova sakinlərinə təhlükə yaradan “Futemma” bazasının köçürülməsi barədə sərf edilmiş böyük cəhdləri unutmamalıdır.

Yerli prefektura administrasiyasının məlumatına görə, Okinavada hazırda 25,8 min ABŞ hərbçisi, 19 min onların ailə üzvləri və digər mülki vətəndaşlar yaşayırlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb