Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6948

Digər sorğular

İsrafil İsrafilov TÜRKSOY-un toplantısında iştirak edib

22:15  |    12 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Türkmənistanda TÜRKSOY-a daxil olan dövlətlərin Teatr Direktorları Şurasının toplantısı keçirilib.

Tədbirdə TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı çıxış edərək toplantının əhəmiyyətindən, türkdilli ölkələrin teatrları arasında olan əlaqələrin vacibliyindən, gələcək əməkdaşlıq münasibətlərindən danışıb.

Beynəlxalq toplantıda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov türkdilli ölkələrdə teatrın yeri və fəaliyyət perspektivləri haqqında məruzə ilə çıxış edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məruzədə irəli sürülən məsələlərin aktuallığı ilə bağlı Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Türkiyə və digər ölkələrin teatr rəhbərləri həmrəy olduqlarını bildiriblər və qarşılıqlı əlaqələrin vacibliyini təsdiqləyiblər. Tədbirdə türkdilli dövlətlərin teatr rəhbərlərinin yekun sənədi qəbul edilib. Qəbul olunmuş sənəddə türkdilli ölkələrin teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə məsələlərinin zəruriliyi və qarşılıqlı mədəni bəhrələnmənin perspektivləri əksini tapıb.

Teatr Direktorları Şurasının toplantısında İsrafil İsrafilova xüsusi sertifikat təqdim edilib.

Qeyd edək ki, beynəlxalq tədbir müddətində bir neçə türkdilli ölkələrin teatr kollektivlərinin tamaşaları da nümayiş olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.07.2020
Bakıda ekspress avtobus xətlərinin iş qrafiki dəyişdirilib
08.07.2020
"ASAN xidmət"də yeni təyinat olub
08.07.2020
Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib - VİDEO
08.07.2020
Tramp pandemiya fonunda məktəblərin açılmasına çağırır
08.07.2020
Sumqayıtda evini qanunsuz şəkildə tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb - VİDEO