Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Qadın Almatıda nağıllarda rast gəldiyimiz qəsr tikir

22:08  |    12 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Almatıda qadın orta əsr üslubunda qəsr tikir. Olqa Şin bu yolla uşaqlıq arzusunu həyata keçirmək istəyir. Qəsr Karqalı mikrorayonunda yerləşir və onun tikintisi altı ildir davam edir.

Üç övladı olan Olqa Şin vəkil işləyir və ailəsi ilə adi evdə yaşayır. O deyib: “Qəsr tikilən yer əvvəlcə zibilxana idi. Biz ailəliklə burada səliqə-sahman yaratdıq, ağaclar, güllər əkdik. Bu işə çoxlu güc, vaxt və pul sərf olundu.

2009-cu ildə biz özümüzə ev tikdik, lakin bir qədər sonra qərara gəldik ki, mənim uşaqlıq arzumu həyata keçirək - əsl qəsr tikək”.

Vəkil Olqa Şin etiraf edir ki, boş vaxtlarında dizayn və memarlıqla məşğul olur. Bu, onun xobbisidir. Qalanın layihəsini o özü hazırlayıb, mərtəbələrin sayını və gələcək interyeru özü fikirləşib. Ailə tikintiyə 250 min dollar xərcləyib. Qəsr adi materiallardan - kərpicdən və betondan tikilir.

“Mən niyə görə qəsr tikirəm? Birincisi, bu, həqiqətən arzumdur. Bütün dostlarımız deyirdilər ki, biz dəliyik. Lakin indi onlar gəlirlər və görürlər ki, əgər istəsən öz arzunu həyata keçirə bilərsən. İkincisi, mən uşaq inkişaf mərkəzi yaratmaq istəyirəm. Divarlarda cizgi filmlərinin qəhrəmanları, məsələn, birinci mərtəbədə rus xalq nağıllarının, ikincidə Disney, üçüncüdə isə Qazax eposunun qəhrəmanları təsvir olunacaq. Əlbəttə ki, orada Aldarkosa olacaq. Əsas məqsəd odur ki, uşaqlar xeyirxah böyüsünlər”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Putin Paşinyanın görüş təklifini rədd etdi
19.09.2019
Putinin Ər-Riyada S-400 təklifi: “Patriot”u ələ saldı?
19.09.2019
Ermənistanda hərbçi anaları etiraz aksiyası keçirir
19.09.2019
“Patriot” Səudiyyəyə hücum edən dronları niyə vura bilmədi?
19.09.2019
Ermənistanda şok sənəd yayıldı: Nikol Paşinyan dəlixanada yatıb