Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Mərkəzi Seçki Komissiyası treninqlərə başladı

21:45  |    12 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsinə hədəflənmiş genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində oktyabrın 12-dən etibarən məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb.



MSK-dan Trend-ə verilən məlumata görə, Komissiyanın Treninq qrupu tərəfindən hazırlanmış proqrama əsasən treninqlər kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında keçirilir.

Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə ətraflı məlumatlandırılır, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır.

Treninqlər zamanı həmçinin, hər bir aşağı seçki komissiyası üzvünə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış “Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.

Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyan treninqlərin seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə həftə davam etməsi və ümumilikdə 32000-dən artıq məntəqə seçki komissiyası üzvünün iştirakı ilə gerçəkləşdirilməsi nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır - FAKTİKi HAVA
22.11.2019
Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"
21.11.2019
Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
21.11.2019
“Alı zirvəsi" filminin təqdimatı keçirilib - FOTO