Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6949

Digər sorğular

Azərbaycan əmək müfəttişlərinin peşəkarlıq səviyyəsini yüksəldir

21:30  |    12 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməyin mühafizəsi üzrə eksperti Valentina Mokanu ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə DMX-nin rəisi Fuad Əlizadə ölkəmizlə BƏT arasında əmək, əmək münasibətləri, əməyin mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıqdan bəhs edib.

Xidmət rəisi bildirib ki, əməyin mühafizəsi laboratoriyaları əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, həyatı üçün təhlükə törədən istehsal amillərini müəyyən etmək üçün geniş imkanlara malikdirlər. Əməyin mühafizəsi normalarına əməl olunması vəziyyətinin yerindəcə yoxlanılması işinin təkmilləşdirilməsi məqsədilə müfəttişlərin və həmin laboratoriyaların əməkdaşlarının beynəlxalq təcrübəni öyrənmələrinə böyük diqqət yetirilir. Bu baxımdan əməkdaşların öz peşəkarlıq səviyyələrini yüksəltmək üçün BƏT-in ekspretlərinin iştirakı ilə müvafiq beynəlxalq praktikadan yararlanmaları xüsusi önəm kəsb edir.

V.Mokanu DƏMX-in fəaliyyətinin BƏT-in standartlarına tam uyğun olduğunu vurğulayıb: “Xidmətin əməkdaşları qonşu ölkələrlə müqayisədə istər hüquqi, istərsə də texniki baxımdan yüksək təhciz edilmiş ən peşəkar müfəttişlərdir”. O, qeyd olunan laboratoriyaların fəaliyyətinin təşkmilləşdirilməsində, bu məqsədlə onların əməkdaşlarının treninqlərə cəlb edilməsində, əmək müfəttişlərinin beynəlxalq təcrübə əsasında bilik və peşəkarlıq səviyyələrinin artırılmasında BƏT-in DƏMX-lə əməkdaşlığı genişləndirmək əzmində olduğunu qeyd edib.

Görüşdə təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, işçilərin əmək hüquqlarının qorunması, qanunvericilik və beynəlxalq standartların vahid qaydada icrası və sosial tərəfdaşların fəallığının yüksəldilməsi, müfəttişlərin təcrübəsinin artırılması, qeyd olunan laboratoriyaların əməkdaşlarının treninqlərə cəlb edilməsi məsələləri nəzərdən keçirilib. Əmək müfəttişlərinin BƏT-in ekspertlərinin iştirakı ilə beynəlxalq təcrübəni öyrənmələri istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə yekdil fikir ifadə olunub və bununla bağlı görüləcək işlər müzakirə edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Karantin dövründə Qurban bayramı necə olacaq? - VİDEO
09.07.2020
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlanıb
09.07.2020
Cəzaçəkmə müəssisəsinə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb
09.07.2020
Azərbaycanda koronavirusa daha 548 yoluxma qeydə alınıb, 10 nəfər vəfat edib
09.07.2020
Nazirlər Kabinetindən sürücülərlə bağlı QƏRAR