Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

XİN: Bakı Latın Amerikası ölkələri ilə əlaqələri genişləndirməkdə maraqlıdır

21:23  |    12 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


Azərbaycan Latın Amerikası ölkələri ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.



Onun sözlərinə görə, Latın Amerikası ölkələri ilə əməkdaşlığın inkişafı hazırda Azərbaycanın xarici siyasətinin prioritetidir: “Latın Amerikası ölkələri beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyir”.

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Latın Amerikası ölkələri ilə əməkdaşlığa göstərdiyi maraq bu ölkələrin rəhbərlikləri tərəfindən dəstəklənir: “Azərbaycan bir sıra Latın Amerikası ölkələrində səfirliklərini açıb və müvafiq olaraq Latın Amerikasının bir çox ölkələri Azərbaycanda diplomatik missiyalarını açıblar. Vaxtaşırı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər edilir”.

XİN-in mətbuat xidmətinin rəhbəri əlavə edib ki, Azərbaycanın böyük hissəsi Braziliyanın payına düşən Latın Amerikası ölkələri ilə əmtəə dövriyyəsi 300 milyon dollardan çox təşkil edir: “Azərbaycanın bu coğrafiyanın ölkələri ilə münasibətləri, xüsusilə iqtisadi sahədə inkişaf edir. Latın Amerikası ölkələri, xüsusilə də Meksika, Honduras, Peru, Kolumbiya və digərləri qanunvericilik orqanları səviyyəsində Xocalı soyqırımı üzrə qətnamə qəbul ediblər”.

O, xüsusilə Uruqvayla münasibətlər üzərində dayanıb. H.Hacıyevin sözlərinə görə, 2011-2012-ci illərdə Uruqvayın erməni diasporu Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı regionun tanınması üzrə iş aparmağa cəhd edib: "Bu məqsədlə Uruqvay parlamentinin nümayəndə heyətinin Dağlıq Qarabağa səfəri təşkil edilmişdi. Uruqvay xarici işlər nazirinin işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfərini təşkil etməyə cəhdlər də olmuşdu. Lakin Azərbaycanın balanslı və düşünülmüş siyasəti sayəsində erməni lobbisinin bu antiazərbaycan fəaliyyətini dayandırmaq mümkün oldu. Sonra Uruqvay xarici işlər nazirinin müavini Azərbaycana səfəri zamanı bəyan etdi ki, Uruqvay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, eləcə də bir ölkənin ərazisinin digəri tərəfindən işğalını yolverilməz hesab edir".

H.Hacıyev əlavə edib ki, Azərbaycanın Latın Amerikasında ən vacib tərəfdaşlarından biri Braziliyadır. Braziliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi birmənalıdır, bu ölkə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.

O, diqqətə çatdırıb ki, hazırda XİN Latın Amerikasının digər ölkələri ilə də əməkdaşlığın inkişafı üzrə iş aparır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi