Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Azərbaycan sərhədlərini pozan 49 nəfər saxlanılıb

20:45  |    12 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 49 nəfər saxlanılıb.



Xidmətin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 7 nəfəri Əfqanıstan, 6 nəfəri Banqladeş, 5 nəfəri İran, 3 nəfəri Malayziya, 2 nəfəri Özbəkistan, 2 nəfəri Gürcüstan, 2 nəfəri Pakistan, 2 nəfəri Şri-Lanka, hər ölkədən bir nəfər olmaqla Qırğızıstan, Tacikistan, Suriya və Böyük Britaniya vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 6 nəfər, Xəzər dənizində 22 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 395 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 18 halda 12 kiloqram 350,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Sentyabrın 11-də “Astara” sərhəd-nəzarət məntəqəsində İrandan Azərbaycana keçərkən Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Rzayev Şöhrəddin Qəribəli oğlunun əl yükündən 417 qram heroin, sentyabrın 28-də “Biləsuvar” sərhəd-nəzarət məntəqəsində İrandan Azərbaycana keçərkən Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Qaraşov Dünyamalı Ağaməli oğlunun əl yükündən 750 qram tiryək, 98 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Sentyabrın 29-da Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Cəlilabad rayon sakini, 1979-cu il təvəllüdlü Nəsirov Rövşən Fərahim oğlu 10 kiloqram 470 qram narkotik maddə ilə saxlanılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 47 halda ümumi dəyəri təqribən 177 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd pnevmatik tapança, pnevmatik tapança üçün 250 ədəd qırma, 4 ədəd elektrokeyləşdirici, 1 ədəd gözyaşardıcı qaz balonu, 257 ədəd 12 mm-lik patron, 1 ədəd beşbarmaq, 2 ədəd radiostansiya, 28 ədəd mobil telefon, 544 qutu pirotexniki vasitələr, 1354 qutu siqaret, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi