Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6558

Digər sorğular

Azərbaycanda gələcək müəllimlərin təcrübə keçmə müddəti artırılır

20:30  |    12 Oktyabr 2015  |   E-mail  |  Çapa göndər


Azərbaycanda ali məktəblərdə pedaqoji ixtisaslar üzrə təhsil alan gənclərin ixtisaslar üzrə təcrübə müddəti artırılacaq. Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.



Bu işin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirildiyini deyən İ.Nağıyev əlavə edib ki, hazırda Təhsil Nazirliyində bununla bağlı iş aparılır.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda pedaqoji ixtisaslar üzrə təhsil alanların təcrübə müddəti 3-4 həftədir: "Amma təcrübə müddətinin daha uzun olması lazımdır".

İ.Nağıyev qeyd edib ki, təcrübə müddəti bakalavrın oxuduğu 4 il ərzində də, məzun bakalavriatı bitirdikdən sonra da ola bilər. Lakin bu müddətin nə qədər və nə zaman olacağı hələ müəyyənləşdirilməyib: “Təcrübə müddəti bakalavrın oxuduğu 4 ilə daxil edilib 1 il olsun, yoxsa tələbə 4 il təhsil aldıqdan sonra 5-6 ay təcrübə keçsin – bununla bağlı hələ qəti qərar verilməyib. Amma təcrübə müddətinin daha uzun olması lazımdır. Elə olmalıdır ki, məzun sentyabrda məktəbə gedəndə dərs keçməyə tam hazırlıqlı olsun”.

Nazirlik səlahiyyətlisinin sözlərinə görə, bunun üçün pedaqoji ixtisaslar üzrə tədrisin keyfiyyətinin də yüksəldilməsi lazımdır: “Biz keyfiyyətdən də danışmalıyıq. Amma ali təhsil müəssisəsinin tədris planının dəyişdirilməsi elə də asan məsələ deyil. Biz orada nəyisə dəyişsək, bu, avtomatik olaraq 1, 2 və 3-cü kurslar üzrə təhsil alanlara, yəni hamıya təsir edəcək”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.11.2019
Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı
12.11.2019
Yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı SOCAR-dan açıqlama
12.11.2019
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
09.11.2019
“Yeni baş nazir Novruz Məmmədovun bir çox qərarlarını ləğv edəcək” – Aqil Abbas
09.11.2019
Bayraq günündə şəhid pilotumuzla bağlı təsirli hadisə - FOTO